Şokoladlı qarğıdalı partlaması

Qarğıdalı partlamasını (pop-cornu) sevməyən yoxdur deyə düşünürəm. Şirin və duzlu olması ayrı bir mövzudur və zövqə görə dəyişər. Bir təsəvvür edin, buna əlavə olaraq şokoladlı qarğıdalı partlaması... Buna möcüzədən başqa nə ad vermək olar? Gəlin o zaman bu möcüzəni yaratmağa başlayaq. Lazım olacaqlar; 2 yemək qaşığı duru yağ 1↗3 stəkan qarğıdalı 1↗2 stəkan pilitka şokolad 1↗4 çay qaşığı duz Bəlkə, aramızda pop-corn edə bilməyənlər var. Heç narahat olmayın. Onu da deyəcəm. Demək, pop-corn üçün lazım olan tavamızı götürürürük və duru yağ əlavə edirik. Duru yağ qızanda qarğıdalılarımızı əlavə edirik. Qarğıdalıların rəngi dəyişəndə duzu tökürük və qapağını bağlayırıq. Tavanı tez-tez silkələyirik ki, qarğıdalılar yaxşı partlasın. Kənarda isə şokoladımzı əridirik. necə əridirik?:) qaynayan qazanın üstünə boşqabda şokoladınızı qoyun. Şəkildə olduğu kimi.. Qarğıdalılar hazır olduqda şokoladı gözəlcə üzərindən keçiririk və soyuducuya soyumağa qoyuruq. Türklər demiş ...