Betul Mardin

Mardinlə bağlılığı olan bir az ərəb,bir az kürd, bir az misir əsilli olan hər kəsdən bir şeylər almış qadından danışacam sizə. Hansı ki, həyatına heyran olduğum,dirənişinə heyran olduğum qadından. Betul Mardindən... Özünün dilə gətirdiyi gözəl bir sözlə başlamaq istəyirəm. Adının və soyadının həmişə həyatında problem açdığını söyləyən kübar xanım insanı öldürməyən bir hadisənin həmin şəxsi gücləndirdiyinə əmindir. Ailənin ikinci istənməyən qızı kimi doğulmuş güclü qadın. Doğulandan sonra ad tapılmamış Qurani-Kərimdən Betul adını qoymuşlar. 5 yaşına qədər danışmamış. İsveçrəli dayənin döymələri, əlinə-əlinə vurmaları 85 yaşında qadının hələ də beynində acı xatirədir. Üç uşaq içərisində ən çox döyülməsi səbəbi sırf solaxay olduğuna görəymiş. Bu döyülmələr təkcə uşaqlıq travması ilə də qalmayıb. Zamanla 5 yaşına qədər danışmamığının, danışandan sonra kəkələməyinin səbibinin bu döyülmək olduğunu öyrənir. Ətrafındakı uşaqlar onu alay mərkəzinə çevirirlər. Və bir gün çinar ağacının altınd...