Fikirlərim💄❣️💋❤️

Mənim sevimli xanımlarım❤️ İlk çərşənbəmizi dünən keçirdik. Siz necə keçirdiniz? Su çərşənbənizi bu arada təbrik edirəm.💃🏻 Bir neçə gündür blog paylaşmırdım. Çünki, bir blogum üstündə uzunca fikirləşirdim. Və qərara aldım ki, bu blogu çoxhissəli şəkildə paylaşım. Ardıcıl paylaşıb sizdə bezginlik hissi yaratmaq istəmərəm. Ona görə ara-ara paylaşıb sizə keyfiyyətli məlumatlar ötürmək istəyirəm.❤️


Düşündüm ki, biz hər gün istifadə etdiyimiz tonal kremlər və ya tonal kremlər siyahısına daxil edə biləcəyimiz kremlər haqqında nə bilirik. Və yaxud nə bilmirik? Nələri bilməyimiz vacibdir? Və bu mövzunun bir bloga sığmayacağını , sığsa da mən rahat olmayacağımı düşündüm :) 
Ona görə də belə bir cədvəl qurdum, bu cədvəllə sizi  də tanış etmək istərdim ki, siz də bu cədvələ nələrin daxil olacağından, sizə lazım olacaqmı deyə bir nəzər salasınız. 

  • BB kremlər və fikirlərim
  • CC kremlər və fikirlərim
  • Rəngli nəmləndiricilər
  • Tonal kremlər haqqında nə bilirik
  • Mac tonal kremləri üzərindəki dəri alt tonu seçimləri
Bunu da qeyd edim ki, bəzi məhsullar əlimdə olmadığı üçün sizdə göz tanışlığı yaransın deyə şəkillərini tapıb sizlərlə paylaşacam. Və önəmlisi tonal kremlər mənim bəyəndiyimi sizin bəyənməyəcəyiniz bir məhsul olduğuna görə , ilk öncə mütləq test edin. İlk öncə özünüzə daha sonra dərinizə dəyər verin❤️❣️💋

Yorumlar

Bu blogdaki popüler yayınlar

Gündəlik makyaj rutini. Everyday makeup routine

Dəri tipləri

BB kremlər və fikirlərim