Sevgi ötürmə zamanı 2❤️
Gözəl analar. Yadınızdadırsa, bir neçə gün öncə, sizinlə anaların uşaqlarına oyun vaxtı ayırdığında hansı oyunlar oynaya biləcəyi haqqında fikirlər vermişdim və #sevgioturmezamani hastagiyla paylaşmışdım. Bu yazım da həmin seriyadan olan yazıların davamıdır. 1. Fərqli yerlərə əl və ayaqlar ilə toxunma. (məs:ilıq su, soyuq su, pambıq, sərt əşyalar, qum) Bu kimi fərqli hisslər övladınızın inkişafına müsbət təsir göstərəcəkdir. Övladınızın ətrafını kəşf etməyinə ən böyük köməkçilərdəndir. Evdə yalınayaq gəzmə demək olar bütün uşaqların ən sevdiyi məşğuliyyətdir. 2. Geyimlərinin içinə gizlənib əşyaları tapma oyunları oynama. Bu oyunda övladınıza maraqlı olmağı üçün onun tapa biləcəyi əşyalarla başlayıb, daha tapılması çətinləşən əşyalara qədər səviyyələri artıra bilərsiniz. Bu kimi oyunlar körpənizin dil və beyin inkişafını dəstəkləyəcək. 3. Üstlərinə atılan tül, dəsmal kimi şeylərin altından çıxmağa çalışma. Bu kimi oyunlar isə övladınızın zövq gücünü art...