Kayıtlar

Şubat 12, 2017 tarihine ait yayınlar gösteriliyor

Dəri alt tonumuzu necə təyin etməli?

Resim
Gecəniz xeyir olsun mənim sevgili xanımlarım. Bu gün toxunmaq istədiyim mövzu dəri alt tonları haqqındadır. Hər birimiz əslində sarışın, buğdayı, qumral, ağbəniz və s. olduğumuzu bilirik. Amma dəri alt tonu tamam fərqli mövzudur. Və bu mövzu biz hiss etməsək də, həyatımıza böyük müdaxilələr edir. Ən sadə misal kimi dəri alt tonunu düzgün bilməmək tez-tez rastlaşdığımız geyimlərin, bujiteriyaların yaraşmamasına, düzgün makyaj vasitələrini belə seçə bilməyəcəyimizə zəmin yaradır. İlk öncə, onu deyim ki, dəri alt tonları 3 növdə olur: isti (warm), soyuq (cool) və neytral (neural) . Bəs dəri alt tonumu necə təyin edim? Bunun üçün müxtəlif üsullar vardır. Mən də bildiyim üsulları sizinlə paylaşacam ki, bu fikirlər həyatınızı daha da asanlaşdırsın. Bunu da mütləq deməliyəm ki, aşağıdakıları oxuyub hər iki dəri alt tonuna aid olduğunuzu düşünə bilərsiniz. Buna aydınlıq belə gətirə bilərsiniz ki, hansı xüsusiyyətlər sizdə çoxluq təşkil edərsə, siz həmin alt qrupa aidsiniz. İlk öncə bəlkə ...

Garnier və Nivea markalarının təmizləmə suları haqqında fikirlərim.❤️🤔👍🏻👎🏻👏🏻🗣🕵🏻‍♀️🙋🏻🤦🏻‍♀️

Resim
Hamınızı bu gözəl qarlı gündə salamlayıram. Bu gün 4 məhsuldan olan fikirlərimi sizinlə paylaşmaq istərdim. Bu 4 məhsul haqqında çoxlu fikirlər irəli sürülür. Mən də bu axına öz fikrimi əlavə etdim. Hər bir 4 məhsulda da çalxalanma zəruridir. Daha sonra pambıq disklərinizi nəmləndirib, tampon hərəkətlərlə gözünüzə (üzünüzə) zərif basdırırsınız. 4məhsul da işini tez və rahat görür. İlk öncə, yazacağım məhsul Garnier markasından olan cüt fazalı göz suyudur. Məhsulun mənə görə tək mənfi olan cəhəti sonda buraxdığı yağlılıq hissidir. Garnier cüt fazalı üz təmizləmə suyu mən deyərdim ki, daha uğurludur. Tək səfərdə makyajı təmizləyir, yağlılıq hissi isə nisbətən azdır. Bittikcə, alınacaqlar siyahısına əavə etmənizdə fayda var. Hal -hazırda, istjfadə etdiyim Nivea markasının çəhrayı rəngli cüt fazalı  göz suyudur. Yenidir, bəyənilənlərə daxil etməyə də layiqdir. Məncə , göy və çəhrayı sular eyni işi görür. Çəhrayı suyun tərkibində C vitamini olduğu vurğulanır. Son zamanlar, ...

Dəri tipləri

Resim
 Hamınızı salamlayıram mənim xanım-xatınlarım. Axır ki, yazımı tamaladım.Sizə bugün dəri tiplərindən yazmaq istərdim. Əminəm ki, çoxunuz dəri tipinizi bilirsiniz. Lakin içimizdə dəri tipini düzgün bilməyən və ya tərəddüd edən xanımlarımız da az deyil. Demək, dəri tipimizi necə müəyyən edək. Bunun üçün üzümüzü təmizləyirik, yuyuruq. 2-3 saatdan sonra üzümüzə salfetlə basqılar edirik. (salfet bütün üzümüzü tutmalıdır)Və gün işığında salfetimizə baxırıq. Əgər salfetin bütün hissələri yağlıdırsa, bu zaman siz yağlı üz tipinə maliksiniz. Alın, burun və çənə hissəniz salfetdə yağlanıbsa, bu zaman qarışıq (kombinə edilmiş) dəri tipinə maliksiniz. Normal və quru dərilərə malik xanımlarda heç bir yağlılıq müşahidə  olunmayacaq. Sadəcə, quru dərilər normal dərilərə nisbətdə quruluq hissi və yaxud qabıqlanma ilə müşahidə olunur. Əgər quru dəri tipinə maliksinizsə, o zaman çoxlu nəmləndirici kremlərdən istifadə edin. Dərinizin yağ və nəm balansını artıracaq kremlər sizin işinizi görəc...

Sevgililər günü hədiyyə seçimləri.❤️

Resim
Bugün ❤️Sevgililər günüdür❤️ . Əgər hələ də nə alacağınızı fikirləşirsinizsə  🤔o zaman bu blogumun sizə yardımı toxunacağına ümid edirəm və inanıram. 🤗🙏🏼Mən düşünürəm ki, bu cür xoş günlərdə ediləcək ən gözəl hədiyyə sevdiyiniz insanla birlikdə keçirəcəyiniz hüzurlu bir səyahətdir. 💆🏻💆🏻‍♂️🌆✈️Cox az gün olsa da, bu səyahətiniz təqvimdə bugünü xoş anımsamaq üçün əsl fürsət olacaq.🎞📽💌 Hətta, mən deyərdim ki, bu səyahətə gözəl bir masaj seansı da əlavə edə bilərsiniz. 🎎🎀Və yaxud səyahətə qatmadan da masaj seansı özü ayrıca əla bir fikirdir. Həmin günü əvvəllər heç getmədiyiniz yerdə yemək yeyə, 🥞heç gəzmədiyiniz yerdə gəzə bilərsiniz.💃🏻🕺🏻 Bugünü evdə keçirməkdə heç də pis fikir deyil.👩🏻‍🍳 Əllərinizlə bişən isti yeməklər, gözəl şirniyyat, evin şamlarla zövqünüzə görə dekorativ şarlarla və güllərlə bəzədilməsi də bugünü ürəyinizcə yaşadacaq.🌹🍖🍱🎂🛍🎊🎉🎀🎁 Əgər hədiyyə kateqoriyasına girəcəyiksə, 🛍mən hədiyyəni alacağamız insana cinsindən asılı olmayaraq ya...

Xoşbəxt və sağlam həyat rutini

Cinsindən asılı olmayaraq, insan həmişə sağlıqlı və xoşbəxt olmaq istər💪🏻☺️. Və özü özünü  tez-tez sorğulayar. Mən sağlıqlı və xoşbəxtəmmi? ❓Bir də , insan övladı başqalarının rahatsızlıqları ilə qidalanar , başqasına baxıb  müqayisə  edərsə, rahatladığını  fərz edər, lakin bu da içindəki böyük volkanların  yaranmasına zəmin yaradar. ☄️Amma adəm övladı heçmi düşünməz ki , rahatlıq onun öz içindədir? 🍀 Mənim aşağıda yazacaqlarım sizi sağlam və xoşbəxt etmək üçün kiçik bir səbəbdir. Amma bir baxın güzgüyə. 👀🔍Ən böyük səbəb siz deyilmisiniz? İçinizdəki kompasın əqrəbinin həmişə pozitiv zonada qalmasını özünüzə tələb edin. ⏱Buyurun bu da cəhdlər. 1. İDMAN.👟💪🏻🤸🏼‍♂️🏅🏆🏃🏻‍♀️ Mənimçün ilk öndə gələn hərəkət , idman, egzersizdir. Hər gün 10-30 dəqiqənizi bədəninizə qulluğa sərf  edin. Çox sadə bədən hərəkətlərindən başlayın. 🤸🏼‍♂️Sizi motivə edən, idmanı həyat tərzinə çevirən insanların həyat tərzini izləyin. 🤺🤼‍♀️⛹🏽‍♀️🏄‍♀️🏊🏻Bədəninizi qidala...