Kayıtlar

Şubat 5, 2017 tarihine ait yayınlar gösteriliyor

Asan hazırlanan şokoladlı tort resepti

Resim
Sevimli xanımlarım. Tortu sevməyən qadın yoxdu. Əgər ki, söhbət şokoladlı tortdan gedirsə, buyurun reseptlə tanış olun. Və özünüzü mükafatlandırın. Lazım olan məhsullar: 1 stəkan un 1 stəkan nişasta 1 stəkan şəkər 1l. süd 1 paket vanil 1 paket qaymaq 1 plitka tünd şokolad 1 paçka sadə şokoladlı peçenye bir az portaöal qabığı 125 qr. kərə yağı  İndi başlaya bilərik. İlk edəcəyimiz mərhələ peçenyeləri xırda toz halına gətirməkdir. Bunun üçün bir çox aparatdan eləcə də blenderdən istifadə edə bilərsiniz. Daha sonra , 125 qr. kərəyağını əridirik və toz halına gəlmiş peçenyelərimizin üzərinə tökürük. Və bir-birilə qarışdırırıq. Bu tortumuzun nece deyərlər, bünövrəsi olacaq. Alınan qarışımımızı bir stəkan vasitəsilə sıxlaşdırırıq.  Yəni, üstü hamar alt təbəqə alınmalıdır. Stəkandan qalan izləri qaşıqlada hamarlaya bilərsiniz. Bunu qeyd edim ki, tort üçün satılan alt hissəsi yan hissələrindən ayrılan qablar satılır ki, bunlardan isstifadə daha məqsədə uyğundur. Keçək k...

Gündəlik makyaj rutini. Everyday makeup routine

Resim
 Salam sevgili xanımlar..  Bugün qadınların ən həssas mövzusu olan makyajdan və makyaj qaydalarından danışmaq istəyirəm. İlk olaraq, onu qeyd edim ki, makyajın sadə olmağı çox vacibdir. Həm dəriniz çox yüklənməyəcək , yorulmayacaq, həm də siz özünüzü daha rahat hiss edəcəksiniz. Başlayaq makyaja :) İlk işimiz makyajın bütün gün üzümüzdə yaxşı qalması üçün bir bazdan (primerdan) istifadə edəcəyik. Bu yazımda heç bir firmanın məhsullarını məsləhət görməyəcəm. Ona görə də siz makyajıza sevdiyiniz bir bazla başlaya bilərsiniz. Sonra tonal krem, bb və cc kremlərdən istifadə sizin öz seçiminizdir. Əgər dəriniz yağlıdırsa, mat kremlərdən. Quru və normaldırsa, işıltılı kremlərdən istifadə edə bilərsiniz. Dəriniz az problemli və ya problemsizdirsə, mən tövsiyə edərdim ki, bu mərhələni icra listindən çıxardın. Keçək gözümüzə. İlk göz altlarımıza baxırıq, əgər göz altlarınızda bənövşəyilik , damar görünüşü və ya qaraltılar varsa, o zaman gözaltı konsilerdən istifadə  edə bilə...