Ət yeməklərindən qaçan övladımıza çıxış yolu🍖🍗
Salam əziz analar. Bu gün sizinlə ət yeməklərindən qaçan övladımıza çıxış yolu adlı mövzu paylaşacam. Ümid edirəm yararlı olar. Bəzi uşaqlar valideynlərinin vegetarian olmamasına baxmayaraq, heyvani qidalara qarşı həssasdırlar və bəzən hər cür əti rədd edirlər. Əgər uşaq vegetarian pəhrizi kimi qidalanırsa və bu zaman müqaviməti zəifləyirsə, onun enerji, qida elementi ehtiyaclarını təmin etmək vacibdir. Məktəb əvvəli dövr ərzində böyümə və inkişaf çox sürətli olduğu üçün uşaqların qidalanması nizamlanmalıdır. Məktəb yaşı çatmayan bəzi uşaqlar körpəlikdən heyvani qidalardan imtina edirlər. Onlara adətən vegetarian uşaqlar deyilir. Vegetarian uşaqlarda kalsium, dəmir, B12 vitamini və zülala ehtiyac daha çox olur: “Ət yeyilməməsi süd və süd məhsulları, yumurta yeməyin əhəmiyyətini daha da artırır. Yumurta, süd məhsulları, quru paxlalılar və yağlı toxumlarla qidalanmanı dəstəkləməli, liflə zəngin olmayan qidalanma proqramı tərtib etməlisiniz. Vegetarian uşaqlarda pəhrizli qidalanma lif...