Ət yeməklərindən qaçan övladımıza çıxış yolu🍖🍗

Salam əziz analar. Bu gün sizinlə ət yeməklərindən qaçan övladımıza çıxış yolu adlı mövzu paylaşacam. Ümid edirəm yararlı olar. Bəzi uşaqlar valideynlərinin vegetarian olmamasına baxmayaraq, heyvani qidalara qarşı həssasdırlar və bəzən hər cür əti rədd edirlər.
Əgər uşaq vegetarian pəhrizi kimi qidalanırsa və bu zaman müqaviməti zəifləyirsə, onun enerji, qida elementi ehtiyaclarını təmin etmək vacibdir.
Məktəb əvvəli dövr ərzində böyümə və inkişaf çox sürətli olduğu üçün uşaqların qidalanması nizamlanmalıdır. Məktəb yaşı çatmayan bəzi uşaqlar körpəlikdən heyvani qidalardan imtina edirlər. Onlara adətən vegetarian uşaqlar deyilir. Vegetarian uşaqlarda kalsium, dəmir, B12 vitamini və zülala ehtiyac daha çox olur: “Ət yeyilməməsi süd və süd məhsulları, yumurta yeməyin əhəmiyyətini daha da artırır. Yumurta, süd məhsulları, quru paxlalılar və yağlı toxumlarla qidalanmanı dəstəkləməli, liflə zəngin olmayan qidalanma proqramı tərtib etməlisiniz. Vegetarian uşaqlarda pəhrizli qidalanma lif tərkibli olarsa, sink, dəmir, kalsium kimi mineralların və digər qida elementlərinin udulmasına maneə yaranır. Bol meyvə-tərəvəz yeməlidirlər. Lakin qabıqlarını soyaraq yeməlidirlər. Böyümə müddətində kəpəkli məhsullar yaşlılardan fərqli olaraq az yeyilməlidir”.
Zülal və dəmir qəbulu üçün yumurta yemək vacibdir. Uşağınız yumurtanı qaynadılmış halda sevmirsə, başqa yeməklərin içində verə bilərsiniz. Paxlalılar (noxud, lobya, mərcimək və s) zülal, mineral və liflə zəngindir. Ana paylarda əsas yemək olaraq quru paxla və ya yumurtalı yeməyə də yer verin.
Uşaqların qidalanmasında süd və balın əhəmiyyəti danılmazdır: " Süd qrupu məhsulları ilə qidalanmaq vacibdir. Süd məhsullarını evdə hazırlayacağınız yemək və şirniyyatların tərkibində də qəbul etmək olar. Uşaq balıq yeməyə də həvəsli deyilsə, gündə 2 boşqab Omega-3 yağları ehtiva edən qidalar yeməsinə şərait yaradın. Qabıqlı sərt meyvələr və yağlı toxumlar çox miqdarda yağ ehtiva edir. Buna görə də çox yeməməlidirlər”.

Yorumlar

Bu blogdaki popüler yayınlar

Gündəlik makyaj rutini. Everyday makeup routine

Dəri tipləri

BB kremlər və fikirlərim