Betul Mardin

Mardinlə bağlılığı olan bir az ərəb,bir az kürd, bir az misir əsilli olan hər kəsdən bir şeylər almış qadından danışacam sizə. Hansı ki, həyatına heyran olduğum,dirənişinə heyran olduğum qadından. Betul Mardindən...
Özünün dilə gətirdiyi gözəl bir sözlə başlamaq istəyirəm. Adının və soyadının həmişə həyatında problem açdığını söyləyən kübar xanım insanı öldürməyən bir hadisənin həmin şəxsi gücləndirdiyinə əmindir. Ailənin ikinci istənməyən qızı kimi doğulmuş güclü qadın. Doğulandan sonra ad tapılmamış Qurani-Kərimdən Betul adını qoymuşlar. 5 yaşına qədər danışmamış. İsveçrəli dayənin döymələri, əlinə-əlinə vurmaları 85 yaşında qadının hələ də beynində acı xatirədir. Üç uşaq içərisində ən çox döyülməsi səbəbi sırf solaxay olduğuna görəymiş. Bu döyülmələr təkcə uşaqlıq travması ilə də qalmayıb. Zamanla 5 yaşına qədər danışmamığının, danışandan sonra kəkələməyinin səbibinin bu döyülmək olduğunu öyrənir. Ətrafındakı uşaqlar onu alay mərkəzinə çevirirlər. Və bir gün çinar ağacının altında oturur. Və ömürlük özünə bir söz verir. Bir daha heç kimsə mənə lağ edə bilməyəcək. Bu andını o həyatında yenidən doğuluş adlandırır. Çarə tapır. 3il ağzına daş qoyaraq güzgünün qabağında özünü inkişaf etdirməyə başlayır. Və alınır. O kəkələməkdən azad olur. Bir müddət keçdikdən sonra maşın sürməyi öyrənmək istədikdə döyülmələrinin ona verdiyi ən böyük sürprizi öyrənir. Beynindəki mərkəzin zədələnməsi ilə günümüzdəki heç bir maşınkimilərin iş prinsipinə bələd ola bilməyəcək. Yalnız telefon işlətməyi böyük çətinliklə öyrənməyə başlayır.
Bu gün 85 yaşındadır və hər zaman işləmək deviziylə hələ də işlərinin başındadır. Qadınlara verdiyi 2 məsləhət var. İş qadını hər zaman ayaqda tutan, beynini açıq edən həyat tərzidir. Qadının nə zaman yerə dəyəcəyi bəlli olmaz. Özünün həyatda iki dəfə zirvədən yerə çırpıldığını deyən  xanım düşünmək istəmirəm ki, işləməsəydim başıma nələr gələ biləcəkdi sözlərini  şükranlıqla dilə gətirir. Çox yaxşı ingiliscəsi və fransızcası olduğuna görə ilk işinə köməkçi olaraq başlamışdır. Bir gün birdən -birə özünü qəzet səhifəsinin redaktoru tapır. Müxtəlif işlərdə fəaliyyət göstərir. Marağı o qədər güclü olur ki, heç bir işdə 3 ildən artıq işləyə bilməyir, sıxılır. Amerikan xəbərlər mərkəzinə qatılır. Bununla bərabər onu da qeyd edim ki, gözəl evliliyi və 2 övladı olub. Radioya baş vurmuş bir müddət radioda canlı yayın edibdir. BBC-yə Türkiyədə ilk TV açılarkən, təcrübə keçməyə göndərilir. 3ay ərzində bir şeylər öyrənmiş. Və öyrəndiklərini dərs vermək təklifi olunur. Onu da qeyd edim ki, Betul xanımın başarısının sirri bilmədiyi işlərə öyrənərəm deyib baş vurmasıdır.  Ankaraya geri dönür. Və TVdə canlı yayınlara başlayır. Canlı teatrların məsuliyyətini öz üzərinə götürür.
Gün gəlir. Uşaqlarından ayrı qalmaq həsrəti, işin verdiyi sıxıcılıq işdən ayrılmasına səbəb olur. İstanbula qayıdır. İşsiz qalır. Düşünür daşınır. Tanıdığı bank müdirinə onun üçün iş sualına həyatının dönüş cavabın alır. O zamanlar xalqla münasibətlər sözü çox bilinmir. Lakin iş təklifi bu yöndə olur. Və xarakterinə uyğun olaraq, bilmədiyi bir işə başlayır. Bir müddət sonra restoranla müştərilər arasında  münasibətlər işini  icra etməsi istənilir. Və zaman gəlir. İçindəki Betul bəlkə bu işləri xaricdə də bacararam deyə sorğulara başlayır. Xarici ölkələrə gedir . Dediyinə görə həmişə içində bir Günəşin olduğuna inanır. Xaricilərdən belə bir məsləhət eşidir. Hansı iclasda olursan ol, sonda elə bir sual ver ki, bütün başlar sənə çevrilib baxsın. İkinci sualı da eyni məqsədlə ver. Amma üçüncü sualı vermə. Sənin fikrin nə qədər önəmli olur olsun yenə qadın soruşur deyəcəklər. Bu məsləhəti həyatında tətbiq edir. Bir gün bütün iclasdakılar çönüb ona "MOTHER" deyillər. Bu vaxta qədər də adı belə qalıb. Və sonunda ilk türk  qadın nazir olmuşdur. Həyatında iki şeyin önəmli olduğunu söyləyir: Vətəni və İşi
Betul Mardində olan cəsarətin sizə stimul verməsi umidilə...

Yorumlar

Bu blogdaki popüler yayınlar

Gündəlik makyaj rutini. Everyday makeup routine

Dəri tipləri

BB kremlər və fikirlərim