Hər qadının həyatını asanlaşdıran 7 geyim və moda məsləhətləri

Bu xoş gündə hamınızı sevgilərlə salamlayıram...
Bu gün sizə həyatınızda tez-tez lazım olan stil məsləhətlərini paylaşacam.

  • Ayaqlarımı necə uzun göstərə bilərəm?                                                                                           Ay mənim kübar xanımlarım,bilirsiniz ki, qarşıdan yaz gəlir. Ətəklər yenə dolabımızın sevimli parçasına çevriləcək. Uzun ayaqlar hər bir xanımın arzuladığı bədən formasıdır. Biz qadınların həyatının ayrılmaz parçası olan hündür ayaqqabılarla bunu reallaşdıra bilərik. Sadəcə, ayaqqabının rəngini düzgün seçməklə. Belə ki, açıq rəngli ayaqqabılar ayaqqabılar ayaqları olduğundan daha uzun göstərir. Bej,lila,gold rose rənglərindən istifadə edə bilərsiniz.Bu ayaqqabılar sizin ayağınızı ən azı 4-5sm uzun göstərəcək. Mən məsləhət görərdim ki, bej rəng daha uğurlu seçimdir və bütün növ paltarlarınızla ahəng təşkil edəcək.
  • Sifətim yumrudursa, onu nece uzun göstərə bilərəm?                                                                     Bu məsələnin də həlli çox sadədir. Siz gözəl saçlazrınızı yuxarıdan babet yığaraq boynunuzu ön plana çıxaracaqsınız və bura uzun sevimli sırqalarınızı da əlavə etsəniz. Üzünüz daha uzun görsənəzək. Ümumiyyətlə, hansı üz formasında olduğunuza baxmayaraq bu həll üzünüzü həmişə uzun göstərəcək.
  • Trendde olan yırtıq şalvarlardan almışam. Amma qışda üşüdüyümə görə geyinə bilmirəm.          Bunu bildirim ki, bu şalvarların altına geyilən file corab kimi tanıdığımız bu romantik corablar da son dərəcə dəbdədir və çox xoş görünüşü vardır. Lakin deyirsinizsə üşüyürəm.(təbii olaraq,mən razıyam) O zaman sizə daha gözəl həlli müjdələyim. Geyim tonunuza uyğun olaraq bu şalvarların altına geyinəcəyiniz kalqotkalar sizi daha gözəl göstərəcək.
  • Yeni paltarıma yağ ləkəsidir.                                                                                                            Bu məsələ hamının başına gələcək ən qanqaraldıcı prosesdir. Amma əlbəttə ki, bunun da sadə həlli vardır. Yox, yox belə fikirləşməyin ki, mən sizə qədim nənə-baba qaydamız olan duz prosesindən söhbət açacam. Daha əla həllim var. Demək ki, yağ ləkəsi düşdü. Həmin yeri bolca körpə pudrasıyla örtürsünüz. Bir müddət saxladıqdan sonra bir fırça yardımı ilə həmin yerin pudrasın yüngül toxunuşlarla təmizləyirsiniz. Budur geyiminiz və siz yağ ləkəsindən qurtuldunuz.
  • Yeni bəyaz nikelarım bəyazlığını itirib.                                                                                           Hamımızın bəyaz nikelara olan pərəstişkarlığı danılmazdır. Lakin zaman keçdikcə nikelarımız bəyazlığını itiməyə başlayır. Əvvəllər bun belə bir həll tapmışdım ki, nikeları bir torbaya qoyub maşına atırdım. Bu zaman isə nikelar həm deformasiya olurdu həm də bəyzlığıına geri qayıtmırdı. yeni gözəl həllim isə az miqdarda diş məcunu və lazım olmayan diş fırçasıdır. Sizi əmin eidrəm ki, bu həllə nikelarınız ilk aldığınız gün qədər bəyaz olacaq.
  • Paltarlarımın genişlənməsinin qarşısını ala bilmirəm.                                                                     Bəzən paltarlarımız elastikliyini itirməyə başlayır. Bu əsasən cins şalvarlarda daha çox olur. Bunun qarşısını almaq üçün həmin paltarları soyuq suda yumaq lazımdır. Bəlkə, bu genişlənməni aradan qaldırmaya bilər. Lakin genişlənmənin qarşısını mütləq alacaqdır. 
  • Boynumun uzun görsənməsi üçün hansı üslubda kofta seçməliyəm?                                             Bu ilin tendensiyasına böyük axın edən v yaxalı koftalar hissin həll açarınız olacaq. İstər dərin dekoltəli, istərsə də açıq olmayan v yaxalar sizin boynunuzu uzun göstərəcək.                      Məndən bu qədər xanımlar. Ümid edirəm, həyat maratonunda kiçik problemlərinizə həll tapılar. Sevgilərlə...



Yorumlar

Bu blogdaki popüler yayınlar

Gündəlik makyaj rutini. Everyday makeup routine

Dəri tipləri

BB kremlər və fikirlərim