Asan hazırlanan şokoladlı tort resepti

Sevimli xanımlarım. Tortu sevməyən qadın yoxdu. Əgər ki, söhbət şokoladlı tortdan gedirsə, buyurun reseptlə tanış olun. Və özünüzü mükafatlandırın.
Lazım olan məhsullar:
1 stəkan un
1 stəkan nişasta
1 stəkan şəkər
1l. süd
1 paket vanil
1 paket qaymaq
1 plitka tünd şokolad
1 paçka sadə şokoladlı peçenye
bir az portaöal qabığı
125 qr. kərə yağı
 İndi başlaya bilərik. İlk edəcəyimiz mərhələ peçenyeləri xırda toz halına gətirməkdir. Bunun üçün bir çox aparatdan eləcə də blenderdən istifadə edə bilərsiniz. Daha sonra , 125 qr. kərəyağını əridirik və toz halına gəlmiş peçenyelərimizin üzərinə tökürük. Və bir-birilə qarışdırırıq. Bu tortumuzun nece deyərlər, bünövrəsi olacaq. Alınan qarışımımızı bir stəkan vasitəsilə sıxlaşdırırıq.  Yəni, üstü hamar alt təbəqə alınmalıdır. Stəkandan qalan izləri qaşıqlada hamarlaya bilərsiniz. Bunu qeyd edim ki, tort üçün satılan alt hissəsi yan hissələrindən ayrılan qablar satılır ki, bunlardan isstifadə daha məqsədə uyğundur.
Keçək kremimizin hazırlanmasına. Demək gözəl xanımlarım burada südün hamısını istifadə etməyəcəyik.Südün 75%ni qazana , 25%ni ise qıraqda başqa bir qaba tökürük. Bunu ona gorə edirik ki, quru məhsullarımızı bir başa qazana töksək o zaman dımırlanma halından qaça bilmərik. Qabdakı südümüzə un ve nişastanı əlavə edib həll edirik. Və qazana əlavə edirik. Daha sonra şəkəri və qaymağı əlavə edib qazanın altını yandırırıq. Üzərinə bir çay qaşığı portağal qabığını rəndədən keçirərək əlavə edirik.
Qarışımımızı dayanmadan qarışdırırıq.Yanmaya çox meyilli olduğu üçün qarışdırma  prosesini dayandırmırıq. Üzərində köpüklər yarandıqda altını ala bilərik. Sonda üzərinə dekor etmək üçün dekor torbalarına isti- isti əlavə edib bir qıraqda saxlayırıq.
Və qazanımıza tünd şokoladları əlavə edirik. Məhlul isti olduğundan şokolad yaxşı əriyir. Və vanili qatıb qarışdırırıq. Kremimiz hazırdır.
Soyuducuda olan bünövrəmizin üzərinə isti -isti məhlulu tökürük. Və üzərində hamarca yaymağa başlayırıq. Başda dekor üçün ayırdığımız kremimizi xırda xırda olmaqla bəzək qoyuruq, göbələk forması yaratmalıyıq. Üzərinə bir az kakao əlavə edirik.
Ən azı 2 saat buzluqda qalmalıdır. Əgər vaxtınız boldursa, o zaman bir gecə soyuducuda saxlamağınız daha dadlı nəticə əldə etməyinizə səbəb olacaq.
Sonda qabdan çıxardırıq. Və süfrəyə təqdim edirik.
Belə gözəl xanımlarım bu gözəl şirniyyatı edin , özünüzü , sevdiklərinizi bu dadla xoşbəxt edin.

Yorumlar

Bu blogdaki popüler yayınlar

Gündəlik makyaj rutini. Everyday makeup routine

Dəri tipləri

BB kremlər və fikirlərim