Gündəlik makyaj rutini. Everyday makeup routine
Salam sevgili xanımlar..
Bugün qadınların ən həssas mövzusu olan makyajdan və makyaj qaydalarından danışmaq istəyirəm. İlk olaraq, onu qeyd edim ki, makyajın sadə olmağı çox vacibdir. Həm dəriniz çox yüklənməyəcək , yorulmayacaq, həm də siz özünüzü daha rahat hiss edəcəksiniz. Başlayaq makyaja :)
İlk işimiz makyajın bütün gün üzümüzdə yaxşı qalması üçün bir bazdan (primerdan) istifadə edəcəyik. Bu yazımda heç bir firmanın məhsullarını məsləhət görməyəcəm. Ona görə də siz makyajıza sevdiyiniz bir bazla başlaya bilərsiniz. Sonra tonal krem, bb və cc kremlərdən istifadə sizin öz seçiminizdir. Əgər dəriniz yağlıdırsa, mat kremlərdən. Quru və normaldırsa, işıltılı kremlərdən istifadə edə bilərsiniz. Dəriniz az problemli və ya problemsizdirsə, mən tövsiyə edərdim ki, bu mərhələni icra listindən çıxardın.
Keçək gözümüzə. İlk göz altlarımıza baxırıq, əgər göz altlarınızda bənövşəyilik , damar görünüşü və ya qaraltılar varsa, o zaman gözaltı konsilerdən istifadə edə bilərik. Bir çox qadınların üzləri problemsiz olsa da, gözaltları problemli olur. Gözaltınızın problemlərinə uyğun olaraq, konsileri tonlarına görə seçə bilərsiniz.(buna aid yazım olacaq). Daha sonra, T bölgəniz (yəni, alın, burun, çənə ) gün içərisində yağlanırsa, bu bölgələri pudra ilə sabitləyə bilərsiniz. Göz üstünə keçsək, göz qapağınızı dəri rəngli bir tenlə sabitləyin.
Əgər gözünüzün üst hissəsinə vurğu etmək istəyirsinizsə, açıq qəhvəyi tonlarda tenlə gözünüzün qatlanma hissəsini tündləşdirə bilərsiniz. Kipriklərinizi dolğunlaşdıran maskaralardan istifadə edin. Qaşınız seyrəkdirsə, qaşınızı doldurun. Doldurmanı qaş qələmi ilə və yaxud qaş üçün olan tenlərlə edə bilərsiniz. Yalnız diqqətli olun. Və qaş rənginizi düzgün təyin edin. Gün boyu qaşlarınızın sabit qalmağını istəyirsinizsə. bunun üçün rəngli və ya rəngsiz sabitləşdiricilərdən istifadə edə bilərsiniz.
Gələk üzün formasının vurğulanmasına. Bu mövzunu geniş şəkildə sizə tərif edəcəm gələcək yazılarımda , amma bugün qısa toxunuşlar edim. Demək ki, konturlama almacıq altlarına , alın, çənə , bir də burun kənarlarına edilir. Bunu deyim ki, kölgə verdiyiniz yerlər həcm azalması, aydınlıq verdiyiniz yerlər həcm genişlənməsinə malik olur. Konturlama gündəlik proses olmasa da, bəzən xanımlar bunu rutin halına gətirə bilirlər. Bir də eyni prosesi bronzlaşdırıcılarla edə bilərsiniz.
Üzü təravətli və sağlam göstərən allıq məncə olmazsa olmazdır.
Bir də trend olan highlighterlər var ki, sevməyən qadın yoxdu demək olar. Bu aydınladıcıyla şəfəqlərinizi, göz pınarlarınızı, qaş altını daha vurğulu göstərmək olar.
Geriyə gözəl dodaqlarımız qalır. Dodaqlarınızı daha dolğun və həcmli göstərmək üçün dodaq karandaşlarından istifadə edin. Çox uyğun olardı ki, seçdiyiniz karandaş tonunda pomada seçəsiniz. Son zamanların trendi isə likidlərdir.
Gözəl üzünüz lazım olmadığı müddətcə,mkyaj vasitələri ilə yükləməyin. Özünüzü sevin və dəyər verin.Ən əsası isə qüsurlarınızı sevməyi öyrənin və sizi qüsurlarınızla sevən sevdiklərinizlə xoşbəxt olun....
Sevgilərlə...
Bugün qadınların ən həssas mövzusu olan makyajdan və makyaj qaydalarından danışmaq istəyirəm. İlk olaraq, onu qeyd edim ki, makyajın sadə olmağı çox vacibdir. Həm dəriniz çox yüklənməyəcək , yorulmayacaq, həm də siz özünüzü daha rahat hiss edəcəksiniz. Başlayaq makyaja :)
İlk işimiz makyajın bütün gün üzümüzdə yaxşı qalması üçün bir bazdan (primerdan) istifadə edəcəyik. Bu yazımda heç bir firmanın məhsullarını məsləhət görməyəcəm. Ona görə də siz makyajıza sevdiyiniz bir bazla başlaya bilərsiniz. Sonra tonal krem, bb və cc kremlərdən istifadə sizin öz seçiminizdir. Əgər dəriniz yağlıdırsa, mat kremlərdən. Quru və normaldırsa, işıltılı kremlərdən istifadə edə bilərsiniz. Dəriniz az problemli və ya problemsizdirsə, mən tövsiyə edərdim ki, bu mərhələni icra listindən çıxardın.
Keçək gözümüzə. İlk göz altlarımıza baxırıq, əgər göz altlarınızda bənövşəyilik , damar görünüşü və ya qaraltılar varsa, o zaman gözaltı konsilerdən istifadə edə bilərik. Bir çox qadınların üzləri problemsiz olsa da, gözaltları problemli olur. Gözaltınızın problemlərinə uyğun olaraq, konsileri tonlarına görə seçə bilərsiniz.(buna aid yazım olacaq). Daha sonra, T bölgəniz (yəni, alın, burun, çənə ) gün içərisində yağlanırsa, bu bölgələri pudra ilə sabitləyə bilərsiniz. Göz üstünə keçsək, göz qapağınızı dəri rəngli bir tenlə sabitləyin.
Gələk üzün formasının vurğulanmasına. Bu mövzunu geniş şəkildə sizə tərif edəcəm gələcək yazılarımda , amma bugün qısa toxunuşlar edim. Demək ki, konturlama almacıq altlarına , alın, çənə , bir də burun kənarlarına edilir. Bunu deyim ki, kölgə verdiyiniz yerlər həcm azalması, aydınlıq verdiyiniz yerlər həcm genişlənməsinə malik olur. Konturlama gündəlik proses olmasa da, bəzən xanımlar bunu rutin halına gətirə bilirlər. Bir də eyni prosesi bronzlaşdırıcılarla edə bilərsiniz.
Üzü təravətli və sağlam göstərən allıq məncə olmazsa olmazdır.
Bir də trend olan highlighterlər var ki, sevməyən qadın yoxdu demək olar. Bu aydınladıcıyla şəfəqlərinizi, göz pınarlarınızı, qaş altını daha vurğulu göstərmək olar.
Geriyə gözəl dodaqlarımız qalır. Dodaqlarınızı daha dolğun və həcmli göstərmək üçün dodaq karandaşlarından istifadə edin. Çox uyğun olardı ki, seçdiyiniz karandaş tonunda pomada seçəsiniz. Son zamanların trendi isə likidlərdir.
Gözəl üzünüz lazım olmadığı müddətcə,mkyaj vasitələri ilə yükləməyin. Özünüzü sevin və dəyər verin.Ən əsası isə qüsurlarınızı sevməyi öyrənin və sizi qüsurlarınızla sevən sevdiklərinizlə xoşbəxt olun....
Sevgilərlə...
Yorumlar
Yorum Gönder