Sevgi ötürmə zamanı ❤️

Əziz xanımlarım aranızda  artıq övladıyla hansı oyunlar oynamağın daha çalışqan bir beyin ortaya qoyduğunu bilmək istəyən analarımız varsa , o zaman qısa paylaşdığım bu postları özünüzdə qeyd edə, uşaqlarınızla təcrübə apara bilərsiniz.  Burda olan oyunların hamısını övladınız sevməyə bilər, bundan təlaşlanmayın. Axı övladımız bir şəxsiyyətdir və onun qərarları var. O zaman övladımızın qərarlarına indidən hörmət etməyə başlayaq və balaca pişiyimiz və ya pişiklərimizlə gözəl zaman keçirdək, onlara sevməyi öyrədək.
1. ☂️Kiçik pilates topuyla yumşaq yerlərdə oyunlar oynayaq
2. ☂️Uzun parçaların içərisinə qoyub sallayaq
3. ☂️Yatağın üzərində hopladaq
4. ☂️Öz ətrafında və sizin ətrafınızda dönməsinə izin verək
5. ☂️Üzüstü vəziyyətdə qarnının altında yumuşaq bir top olarkən, pisik kimi durub oyunlar oynamasına qoşulaq
6. ☂️Titrəyən oyuncaqlarla oyunların zövqünə dalaq
7. ☂️Zeytinyağı və ya  körpə yağı ilə bütün bədəninə xəfifcə basaraq masajlar edək
Ardını yenidən paylaşacam. Siz də övladınızla bağlı sevgidolu vaxtları mənə göndərib paylaşa və ya #sevgioturmezamani hastagiyla qoşula bilərsiniz.

Yorumlar

Bu blogdaki popüler yayınlar

Gündəlik makyaj rutini. Everyday makeup routine

Dəri tipləri

BB kremlər və fikirlərim