Bitirdiklərim❤️

Salam əziz xanımlarım. Bugünkü postum bitirdiklərim haqqında olacaq. Bitirdiklərim haqqında fikirlərimi, yenidən alarammı, nə dərəcədə razıyam bu haqda sizinlə düşüncələrimi paylaşacam.
🎈İlk olaraq danışmaq istədiyim gündəlik həyatın bir parçası olan qolaltı məhsul haqqındadır. Əvvəlki yazımda qeyd etdiyim kimi bu kimi məhsullarda sprey olanları sevirəm. Və Rexona Sexy Bouquet olmasının səbəbi spreyşəkilli olması idi. Qoxusunu çox bəyəndim, şirin bir qoxusu var. Üzərində 48saat qoruyuculuq yazılıb. Belə böyük gözləntim yoxdur, bu qədər uzun müddət də olduğun düşünmürəm. Qeyd edim ki, buna oxşuyan başqa bir növü də var, o səhv etmirəmsə, daha tünd çalardadır. Yenidən qarşıma çıxsa alaram. Razı qaldım. Məncə öz işin görür.
🎈Fonex Argan Oil
İlk dəfədi istifadə edirdim. Gözəl qoxusu var. Ekstra nəmləndiriliyi yoxdur. Belə məhsulları sevirəm. Tez bitdiyini düşünürəm. Son aylarda, duxu vuracağım yerləri əvvəlcədən bu məhsulla ovalayırdım. Özünü spesifik iyi və yağ olması mənə elə gəlir duxiləri daha kəskin və qalıcı edirdi. #zehrailemeslehet  Narazı deildim. Yenidən almaram çünki, başqa məhsullara da şans vermək lazımdır.
🎈Nivea iki əl kremi
Biri aloylu digəri isə sadə nivea ətirli əl kremləri idi. Sumkaya atmaq üçün idealdır.
Nəmləndiricilikləri ortadır. Qış aylarında  istifadəsi uyğun yoğun nəmləndiriciliyə malik kremlərə bənzəmir. Yenidən alaram. Razı qaldım.
🎈Golden Rose mascara
 Gündəlik istifadə üçün uyğundur. Qalın fırçası var. Uzunluq vəd edir.Doğru uzadır, yapışmalar olur. Gün sonunda gözaltında ovuntularını da görə bilərsiniz. Yəni, orta bir məhsuldur. Yenidən almaram.
🎈Golden Rose longstay foundation
Spf tərkiblidir. Bunu satıcı xanımın məsləhəti ilə aldım. Orda da, çox tünd olduğunu hiss etmişdim. Amma, çox tünd idi həqiqətən. Rəngini açaraq bitirdim. Mat bir kremdi. Qalıcılığı 7-8saatdan çox olmadı məndə. Daha açıq rəngini almaq istərəm.
🎈Bell skin correction system
Bu hardan mənə gəldi bilmədim. Özüm almadığımı dəqiq bilirəm. Çox mat və çox tünddür. Yenə rəngin açaraq istifadə etdim. Qalıcılığı azdır. Yenidən alacammı?😂 hardan alındığını belə bilmirəm. Qarşıma çıxsa üzünə də baxmaram.😂
🎈Nivea üz kremi
Bəyəndiklərim arasında yer alıb. Sona çatıb və yenidən almışam. Yenə də alaram.
🎈Golden Rose powder blush
Piqmentasiyası çox zəif idi. Gül qurusu istəməyimə baxmayaraq. Açıq çəhrayı rəng idi. Ağbəniz qızlara yaraşar bəlkə , əgər piqmentasiyasından razı olacaqsınızsa..
Bax belə, bu da bitirdiklərim və fikirlərim. Qeyd edim ki, golden rose məhsulları bir dəfə edilən bazarlıq məhsullarıdır, tək-tək alınmayıb. Siz hansıları sevirsiniz, bəyənirsiniz, istifadə etmisiniz, razı qalmısınızmı? Fikirlərinizi mənimlə paylaşmağı unutmayın. Ümid edirəm, bəyənərsiniz.❤️

Yorumlar

Bu blogdaki popüler yayınlar

Gündəlik makyaj rutini. Everyday makeup routine

Dəri tipləri

BB kremlər və fikirlərim