Həyatımızı çətinləşdirən 6 olmaması lazımlı alışqanlıqlarımız.

Hər gün etdiyimiz və ziyanlı olduğunu bildiyimiz alışqanlıq mütləq ki, vardır. Bu davranışlarımızın nəticələrini bilsək də, bunları etməyi dayandırmırıq. İstərsəniz alışqanlıq deyin, istərsəniz vecsizlik.
Daha keyfiyyətli həyat üçün bəzi gərəkli məsləhətlər.
1. Oturmaq
Təbii ki, həyatımızda  oturmadan yaşamağımız imkansız. Qeyd edim ki, nə qədər çox və yalnış otursaq, bədənimiz o qədər çox zərər görər. Təəssüf olsun ki, hamımızın sevdiyi saatlarca komputerdə oturmaq, oyun oynamaq, bizlərə çox zərərlidir. Bunu əlbəttə bizə valideynlərimiz söyləsə də qulaq asmadığımız danılmazdır. Çox oturmaq ürək xəstəlikləri, bel-boyun ağrıları kimi narahatedici hadisələrin ortaya çıxmağına səbəb olar. Çox oturmağımız lazımdırsa, o zaman həkimlərin söylədiyi kimi çox hərəkət etməyə çalışmalısınız.
2. Alarm söndürmək.
Alarm söndürməyin olduqca möhtəşəm icad olduğunu düşünə bilərsiniz, amma hər səhər etdiyimiz bu işin bizə əslində yetərincə çox zərəri vardır. İlk çalan alarmı söndürüb, ikinci dəfə çaldığında çox vaxt daha yorğun yerimizdən qalxarıq. Çünki, bədənimiz sadəcə yatmamazı gərəkdirən kimyasalları yetişdirməz. Eyni zamanda bizi oyandıran  kimyasalları da yetişdirər.
Yaponiyada olan araşdırmaya görə alarmı söndürəndən sonra yenidən yatdığımızda bədənimizin daha ağır yuxuya girdiyini bildirmişlər. Yəni sizi oyandıran alarm bədəninizdəki kimyasalları hərəkət etdirər. Lakin, siz yuxuya yenidən getdikcə bədən ritminizə pis yöndə təsir edər.
3. Kin tutmaq.
 Kin tutmaq bəlkə fiziki olaraq zərər verməz, lakin insan ruhuna zərər verən bir davranışdır. Kin tutan insanlar tək özlərinə zərər verməzlər, qarşısındakı kişiləri də neqativ yöndə təsir edərlər. Araşdırmalara görə kin tutmaq insanın yaşayış keyfiyyəti səviyyəsini aşağı endirər və çevrəsindəki insanlara zərərlər verər. Eyni zamanda bu insanlar özlərinə yadlaşarlar. Uzun zamanda davam edərsə, daha böyük psixoloji xəstəliklərin önə çıxmasına zəmin yaradar.
4. İşıqları açıq saxlamaq.
Bəzən yatdığımız otağın işığı açıq qalar və biz bu şəkildə yatarıq. Və ya televizor qarşısında yuxuya gedərik. Bu bizim yuxu keyfiyyətimizi azaldar və sağlığımıza  neqativ təsir göstərər. Çünki, az işıqlı otaqda yatsanız belə yuxu hormonu dəyişikliyə uğrayar, sizin işdahınıza və metobolizmanıza təsir edər. Oxford universitetində edilən bir araşdırmaya görə pozulan yuxu hormonu yəni melotonin insanın işdah və qlükoza səviyyəsinin aşağı düşməsinə səbəb olar.
5. Çimmək.
Çimmək hamımızın tez- tez etdiyi vərdişlərdəndir. Çünki, buna məcburuq. Almaniyada edilən araşdırma almanların 80% -nin hər gün duş aldığını isbat edir. Hər gün çimmək bədənin təbii qoruyuculuğunu azaldır. Tez - tez çimmək dərinin qurumasına yol açar. Bunu dayandırmaq üçün ən çox  2gündən bir çimmək olar.
6. İnternetdə həyat.
İnternet həyatı bizim real həyatımıza  o qədər daxil olub ki,   ilk zamanlar valideynlərimizin qarşı çıxmaqlarına baxmayaraq artıq onlarda bu məcradan uzaq dura bilmirlər. Çoxumuz facebook və instagramda dostlarımızın paylaşdıqlarına baxar və bunları diqqətlə izlərik. Kanada da aparılan araşdırmalara görə bunun depressiya yaratdığı bildirilir. Çünki, facebook və instagramda gördüyümüz çevrənizdəki dostlarımızın paylaşdığı seçilmiş fotoqraflar və videolar çox insanı xoşbəxt etməz.
İnsanların paylaşdıqları qüsursuz şəkillər bu şəkilləri görən yalnız insanlar özlərini pis hiss etməyə və depressiyaya düşmələrinə səbəb olar. Əlbəttə, bunun üçün hesablarınızı silməyə gərək yoxdur. Sadəcə, bir az limitli zaman ayırıb, paylaşılanlarda qalmamaq yetərli olacaqdır.
Ümid edirəm araşdırmalarımın sizə yararlı olar.

Yorumlar

Bu blogdaki popüler yayınlar

Gündəlik makyaj rutini. Everyday makeup routine

Dəri tipləri

BB kremlər və fikirlərim