Bu ayın sevilənləri😍


İlk öncə, böyüklərdən başlayaq.
👒Əvvəlki yazılarımın birində Pantene Pro -V şampununu sevdiyimi və işimə yaradağını vurğulamışdım. Lakin, mən eyni şampunu ardıcıl istifadə edə bilmədiyimdən bu ay yeni bir şampuna şans verdim-Head&sholders . Normal saçlar üçün kəpək əleyhine gözəl qoxulu şampundur. Kəpək problemim olmadığına görə, bir az uyğunlaşmadıq deyə bilərəm. Bəyənirəm👍🏻
👒Yves Rocher Naturelle parfumed gel
Gözəl bitki qoxulu gel ürəyimcədir. Tez-tez istifadə edirəm. Lakin, çox duş gelində olduğu kimi parfumunun qalmaması halı normaldır. Bəyənirəm, yenidən alaram.👍🏻
👒Nivea cüt sulu göz təmizləyicisi
Bu təmizləyici haqqında əvvəlki yazımda məlumatlar var, yararlana bilərsiniz. Gündəlik istifadə etməsəm də, zaman-zaman istifadə edirəm. Razıyam.
👒Hilfiger
Bu duş geli ilə duxini birləşdirib yazmaq istədim. Çünki, elə cüt də satılırdı🙈. Duxu möhtəşəmdir. Əsl yaz qoxusudur. Görünüşü də çox valehedicidi. Mən söz tapa bilmirəm. Çox bəyənirəm . Eləcə də, duş geli. Sadəcə, bir az naturelleyə görə bir pillə daha çox qalıcılığı var deyə düşünürəm. Yenidən əlbəttə sahib olmaq istərəm❤️
👒Avon Nuxe foundation spf 20

Bu tonal kremdən əvvəl də istifadə etmişdim , razı qalmışdım. Yenidən , geri döndüm. Məhsul haqqında ətraflı məlumatlar istəyirsinizsə, mənə yazın❤️
👒Nivea antiperspirant
Mən bu kimi məhsullarda sprey olanları sevirəm. Narazı deyiləm, işini görür. Sadəcə, zövq məsələsi... Yenidən alaram.
👒Zara femme
Bu duxini qış aylarında sevərək istifadə etdim. Artıq tünd gəldiyini anlayıram. Tutqun günlərdə əlim yenə buna gedir. Yenidən alaram.❤️
👒Nivea üz kremi
Bundan sonrakı, bitənlər blogumda bu barədə yazmışam. Yenidən bu məhsula qayıtmışam.🙈 Artıq hansı sözə ehtiyac var ki?)
👒Yves Rocher Evidence
Həyatımın ən gözəl duxisi.👏🏻
Bu ətir mənə fərqli hisslərimi xatırladır və çoxlu xatirələrim var. Ona görə yenə dolub dolaşıb burda dayanıram.☺️ Ömrümün sonuna qədər bezməyəcəyim qoxu.❤️🎈
👒Bourjous  blush  rose de jaspe 95
Mükəmməl ənlik. İçərisində xırda simləri var.  Gözəl qoxusu , piqmentasiyası ənlikdən vaz keçməyin mümkünsüz olduğunu artıq pıçıldayır.🤔😅
👒Mac 515 dodaq qələmi
Bu dodaq qələmi tək başına tünd qırmızı tonlar əks etdirdi dodağıma. Çox sevdim. Hər gün belə istifadə edə bilməyəcəyimdən nude rəngli dodaq boyasının üzərindən xəfif getməklə və fırçayla qarışdırmaqla gözəl nəticə aldım.👍🏻
Məhsullar haqqında fikirlərim bu qədər . Hər hansı məhsul haqqında incələmə istəsəniz, fikirlərinizi mənimlə paylaşın. Ümid edirəm, bəyənərsiniz...❤️

Yorumlar

Bu blogdaki popüler yayınlar

Gündəlik makyaj rutini. Everyday makeup routine

Dəri tipləri

BB kremlər və fikirlərim