Yeməkdən sonra edilməməsi lazım olanlar


Sabah səhər yeməyi arxasından günorta yeməyi və gün sonuna qarşı axşam yeməyi.Çox vaxt eyni zamanlarda yemək yeyər və bunu təkrarlayarıq. Yemək yedikdən sonra bədəninizin daha az yorulması, sağlıqlı qalması üçün bəzi gərəkli şeylər vardır. Bunlar bəzi problemlərin qarşısın aldığı kimi eyni zamanda sizləri rahatladacaq gərəkli məsləhətlərdir.
Duş almaq
Yemək yeyib arxasıyca duşa girmək bədəniniz üçün uyğun məşguliyyət deyil. Çünki , duşa girdiyimiz vaxt bədənimizin istiliyi yüksələr, bədənimiz də bu istiliyə qarşı dərimizə dəyərindən daha çox qan göndərər. Mədəmiz dolu olduğu üçün də bu bizim metobolizmamızın yavaşlamasına səbəb olacaqdır. Bunun nəticəsində həzmetmə pozula bilər. Alimlərə görə, yemək yedikdən 30 dəqiqə sonra duşa girmək olar.
Çay içmək
Yemək yeyib üstünə bir stəkan çay içmək ümumiyyətlə çox insanın etdiyi doğru olmayan vərdişdir. Amma edilən araşdırmalara görə bu vərdişi tərgitmək lazımdır. Zərərsiz olan çayın yeməkdən sonra içilməsi bədənimizin ehtiyacı olduğu dəmirin mənimsənməsini ləngidər. Xüsusilə hamilə qadınlar, uşaqlar və dəmir azlığı ilə mübarizə aparan insanlar bu mövzuya diqqqətlə yanaşmalıdır. Alimlərin məsləhətinə görə yeməkdən sonra 1 saat içərisində çay içməməyə çalışın. Yeməkdən yarım saat sonra bir stəkan su içmək həzminizi yaxşılaşdıra bilər. Hətta yeməkdən sonra böyüklər kofe də içə bilər. Qısaca, çay içmək üçün gözləmək lazımdır.
İdman etmək

Çoxumuz  yeməkdən sonra idman etməyin yararlı olduğunu düşünə bilərik. Amma alimlər bu mövzuda bizimlə eyni düşüncədə deyillər. Yemək yedikdən dərhal sonra idman etmək tövsiyə edilməyən zərərli vərdişlərdən sayılır. Çünki, yemək yedikdən sonra idman etmək hıçqırtı , ürəkbulanma və s. mədə rahatsızlığı kimi xoşagəlməz hadisələri qaçınılmaz edər. Bunun nəticəsində də ciddi sağlamlıq problemləriylə mübarizə aparmalı olarıq. Əgər yeməkdən sonra oturmaq istəmirsinizsə, kiçik bir yürüyüş edə bilərsiniz. İdman etməyə yeməkdən 2 saat sonra başlaya bilərsiniz.
Yuxu
Çoxumuzu yemək yedikdən sonra bir ağırlıq basar və yuxumuz gələr. Yuxumuz gəlsə də yeməkdən sonra yuxulamaq zərərlidir. Yeməkdən dərhal sonra yatarsanız, mədə asiti , gəyirmə kimi bir çox rahatsızlıqlardan əziyyət çəkməyə başlarsınız. Hətta günorta və axşam yeməklərindən sonra yatmaq iflic olma riskinizi artırar. Alimlərin tövsiyyəsi yemək yedikdən ən az 2 3 saat sonra yatmaqdır.
Ümid edirəm, faydalı olmuşdur.❤️

Yorumlar

Bu blogdaki popüler yayınlar

Gündəlik makyaj rutini. Everyday makeup routine

Dəri tipləri

BB kremlər və fikirlərim