Qəhvə ilə etdiyim 7 baxım hiyləsi.
Təbiətin bizə verdiyi möcüzələr çox vaxt işimizə yarayar. Bu da bədənim üçün etdiyim bir-birindən fərqli qulluq hiylələri...
1. Saç tökülməsi. 🤦🏻‍♀️2yemək qaşığı qəhvə tozunu 3yemək qaşığı zeytun yağı ilə qarışdırın. Saçlarınızı nəmləndirmək üçün qarışığı saçınızın dibində masaj etdirin. Saçınızı bu şəkildə bağlayın və 30dəqiqə gözləyin. Saçlarınızı daha sonra şampunla durulayın. Həftədə 1 və ya 2 dəfə edə bilərsiniz. Toplamda 12dəfə istifadə edildikdən sonra fərq daha gözə çarpan olur.
2. Gözaltı şişləri. 🤦🏻‍♀️1 çay qaşığı qəhvə tozunu 1 çay qaşığı kakos yağı 1 qədər istiot və bir neçə damla su ilə qarışdırıram. Bu qarışımı göz qabaqlarınız altına tətbiq edin. Bu qarışıq dərinizdə quruduqdan sonra dərinizi ilıq su ilə yuyun. Göz altında olan tündləşmədən və gözaltı şişliklərdən qurtulduğunuzu hiss edəcəksiniz.
3. Dodaqlar. 👄1çay qaşığı qəhvə tozu ilə bir çay qaşığı balı qarışdırın. Alınan qarışığı dodaqlarıma 30 saniyə ərzində masaj edərək tətbiq edirəm. Daha so ra nəmli bir salfetlə qalıntıları təmizləyirəm. Dodağınızdakı çatlaqların və soyulmaların azaldığını və çox az rast gəlindiyini müşahidə edəcəksiniz.
4. Qara nöqtələr👀 . 2yemək qaşığı qəhvə tozunu 2yemək qaşığı kəsmiklə qarışdırıram. Qarşımı qara nöqtələrin mövcud olduğu yerlərə 2dəqiqə masaj şəklində tətbiq edirəm. Ardından 10 dəqiqə qədər üzümdə saxlayıram. Daha sonra ilıq su ilə dərimi təmizləyirəm. Həftədə bir dəfə təkrarlarsanız nəticələr xoşunuza gələcək.
5. Selulit. 🤛🏽Qəhvə tozunu eyni miqdarda duzla qarışdırıb, bir neçə damla zeytun yağı əlavə edirəm. Daha sonra selulit olduğu yerlərə yavaş dairəvi hərəkətlərlə masaj edirəm. Bunu həftədə 1-2dəfə təkrarlamaq olar. Mütləq selulitinizin olmasına gərək yoxdur. Potensial olan yerlərə istifadə edin.
6. Yağlı dəri. 🤷🏻‍♀️Qəhvə tozunu 1yemək qaşığı qatıqla qarışdırın. Qarışığı 1-2 dəqiqə masaj edərək üzümüzə tətbiq edirik. Daha sonra sərin su ilə durulayıram. Ayda 1 dəfə bunu etsəniz, dərinizin ph balansını qoruma altına alarsınız və yağlı dəridən normal dəriyə keçid edə bilərsiniz.
7. Dəri baxımı💁🏻. 1 yemək qaşığı qəhvə+ 1çay qaşığı şirin olmayan qaymaq + 1 çay qaşığı bal +1 çiy yumurtanı 1 qabda qarışdırın. Qarışımı bir xəmir halına gətirəcək qədər davam etdirin. Daha sonra üzünüzə tətbiq edin. Qarışımı 15 dəqiqə üzünüzdə gözlədin sonra sərin su ilə üzünüzü yuyun. Maskanı həftədə 1-2 dəfə üzünüzə edin. Ümid edirəm sizinçün faydalı olmuşdur.❤️🙏🏼

Yorumlar

Bu blogdaki popüler yayınlar

Gündəlik makyaj rutini. Everyday makeup routine

Dəri tipləri

BB kremlər və fikirlərim