Son zamanlarda çoxumuzun izlədiyi Fi serialı... Tv izləməyən və serialları vaxt itkisi kimi qəbul edən biriyəm. Amma soruşsalar hansı kinoda nə olub hamısını bilirəm. )) Çünki, fragmanları qarşıma çıxır və keçən bölümdə nə baş verdiyini təxmin edirəm. Beləcə guya hər şeydən xəbərim var kimi yaşayıram. Evimizdə tv ya xəbərlər zamanı ya evə qonaq gələndə, oğlumun cizgi filmlərinə baxmaq istədiyi vaxtlarda yanar. Amma filmlərlə aram çox yaxşıdı. İndi siz düşünün belə bir adamın serialdan gözlədikləri nə qədər böyükdür. Və mənim bütün gözləntilərimi qarşılayır. əsas da budur....
Durumun baş rolundan danışsaq , Serenayı əvvəlki seriallardan da sevib bəyənərdim. Seriallarda bütün qəhrəmanlar öz rolunu mükəmməl oynayır. Duru bir balerindir və geyimi, makiyajı öz dəri tonuna o qədər uyğun seçilir ki, bütöv bir bütünləşmə yaranır. Serialda Duru üçün pink, qızılı, boz, bəyaz kimi açıq tonlu geyimlərdən istifadə olunur. Durumun makyajı isə adətən az allıqlı , kiçik layner, az gözə çarpan kirpiklər və az vurğulanan dodaqlar ön plandadır. Ev halında belə oversidelarla necə saf, şık, duru olmağı görsədir. Təbii bu Serenayın bədənin gözəlliyinin də təsiridir. Ən çox ilham aldığım saflığı, duruluğu və şıklığı oldu. Taxdığı aksesuarlara baxdıqda həmişə incə, narin aksesuarlarla tamamlanır. Dəri rənginə və saçına uyğun olduğu üçün gümüşdən çox qızılı rənglərə üstünlük verir. Saç modeli olaraq isə ya açıq saçlar, ya da yuxarıdan yığılı baletin saçlar əsas stylelara daxildir. Qızıl bölgüyə uyğunlaşmasını daha da artırmaq üçün sifətinə uyğun olaraq saçının ön hissəsin xəfif şişirdirlər.
Gücünü və sərtliyini göstərmək istədikləri səhnələrdə geyimlərini daha da sərtləşdirirlər. Üz xətlərini və konturlamanı daha da sərtləşdirirlər. Geyimlərdə rəngləri tündləşdirirlər.
Serenay Sarıkayanın bədən tipi çox gözəl olduğu üçün bütün geyimləri qüsursuz qalır.
Makyajının sirlərindən danışmış olarsaq,
Makyajında no makeup makeupdan istifadə edilir. Səhər yuxudan duran görüntülərində qəh rəngli karandaşı dağıtmaqla kifayətlənirlər. Dərs vaxtlarında isə layner və allıq bunu tamamlayır. Filmin sponsorlarından biri mac olduğuna görə düşünürəm ki, mac face and body ilə mac strobe cream qarışdırılaraq istifadə edilir. Beləcə, tonal krem effekti olmur və son dərəcə aydınlıq görüntü yaranır. Kipriklərində isə qəhvəyi rəngdə tuj olur, bu kipriklərinin az vurğulanmış halından əks olunur. Qaşları isə doldurulmur, düşünürəm ki, yalnız sabitləşdiricidən istifadə edilir. üzündə heç bir konturlama olmur. Yalnız pink tonlarda ənlik olur. Düşünürəm ki, ənliyi mac petal power allıq , higlighter ise mac cream color base pearl higlighterdən istifadə olunur
Bu mənim öz düşüncələrim idi. Siz bunlarla razısınızmı? Bu serialda sizin qəhrəmanınız kimdir? Bu mənimçün olduqca maraqlı olar. Oxuduğunuz üçün təşəkkür edirəm. Özünüzə yaxşı baxın🙏🏼
Yorumlar
Yorum Gönder