Garnier və Nivea markalarının təmizləmə suları haqqında fikirlərim.❤️🤔👍🏻👎🏻👏🏻🗣🕵🏻‍♀️🙋🏻🤦🏻‍♀️

Hamınızı bu gözəl qarlı gündə salamlayıram. Bu gün 4 məhsuldan olan fikirlərimi sizinlə paylaşmaq istərdim. Bu 4 məhsul haqqında çoxlu fikirlər irəli sürülür. Mən də bu axına öz fikrimi əlavə etdim.
Hər bir 4 məhsulda da çalxalanma zəruridir. Daha sonra pambıq disklərinizi nəmləndirib, tampon hərəkətlərlə gözünüzə (üzünüzə) zərif basdırırsınız. 4məhsul da işini tez və rahat görür.

İlk öncə, yazacağım məhsul Garnier markasından olan cüt fazalı göz suyudur. Məhsulun mənə görə tək mənfi olan cəhəti sonda buraxdığı yağlılıq hissidir.

Garnier cüt fazalı üz təmizləmə suyu mən deyərdim ki, daha uğurludur. Tək səfərdə makyajı təmizləyir, yağlılıq hissi isə nisbətən azdır. Bittikcə, alınacaqlar siyahısına əavə etmənizdə fayda var.

Hal -hazırda, istjfadə etdiyim Nivea markasının çəhrayı rəngli cüt fazalı  göz suyudur. Yenidir, bəyənilənlərə daxil etməyə də layiqdir. Məncə , göy və çəhrayı sular eyni işi görür. Çəhrayı suyun tərkibində C vitamini olduğu vurğulanır. Son zamanlar, suyadavamlı maskaralar istifadə etmədiyimdən onlarla necə alınacağını dəqiq deyə bilməyəcəyəm. Üzərində, suyadavamlı maskaralarla da rahat işini görəcəyi qeyd olunub. Yağlılıq hissi yenə var. Düşünürəm ki, hər 4 məhsul  cüt fazalı olduğuna görə bu normal haldır.


Və bunu qeyd etmək istərdim ki, bir təmizləyici suyunuzun olmağını, onun dəyişməz, funksional , bitdikcə alınacaq bir məhsul olmağını istəyirsinizsə, mənim fikrimcə bu yalnız Bioderma h2o təmizləmə suyudur.


Bunu da qeyd etmədən keçə bilməyəcəm, yazımda hiss etsəniz ki, son istifadədə olan məhsulun haqqında daha çox yazmışam. Bu sadəcə hazırda istifadə etdiyimlə tamamilə əlaqəlidir. Yəni, gündəlik istifadəmdədir və yaratdığı hissin azalması üçün aramıza zaman daxil olmayıb 😍🤔😂
Təmizləmə suyu, tonik , təmizləmə salfetləri hansından istifadə etmənizə baxmayaraq, mənim gözəl xanımlarım üzünüzü makyajın ağırlığından xilas edin və gecələr dərinizin azadlığına imkan yaradın. Xoş günlər ümidilə...❤️❣️


Yorumlar

Bu blogdaki popüler yayınlar

Gündəlik makyaj rutini. Everyday makeup routine

Dəri tipləri

BB kremlər və fikirlərim