Dəri alt tonumuzu necə təyin etməli?
Gecəniz xeyir olsun mənim sevgili xanımlarım. Bu gün toxunmaq istədiyim mövzu dəri alt tonları haqqındadır. Hər birimiz əslində sarışın, buğdayı, qumral, ağbəniz və s. olduğumuzu bilirik. Amma dəri alt tonu tamam fərqli mövzudur. Və bu mövzu biz hiss etməsək də, həyatımıza böyük müdaxilələr edir. Ən sadə misal kimi dəri alt tonunu düzgün bilməmək tez-tez rastlaşdığımız geyimlərin, bujiteriyaların yaraşmamasına, düzgün makyaj vasitələrini belə seçə bilməyəcəyimizə zəmin yaradır. İlk öncə, onu deyim ki, dəri alt tonları 3 növdə olur: isti (warm), soyuq (cool) və neytral (neural) .
Bəs dəri alt tonumu necə təyin edim?
Bunun üçün müxtəlif üsullar vardır. Mən də bildiyim üsulları sizinlə paylaşacam ki, bu fikirlər həyatınızı daha da asanlaşdırsın. Bunu da mütləq deməliyəm ki, aşağıdakıları oxuyub hər iki dəri alt tonuna aid olduğunuzu düşünə bilərsiniz. Buna aydınlıq belə gətirə bilərsiniz ki, hansı xüsusiyyətlər sizdə çoxluq təşkil edərsə, siz həmin alt qrupa aidsiniz.
İlk öncə bəlkə də hamımızın bildiyi bir üsulla başlamaq istərdim. Belə ki, damarlarımızın ən çox oluğu yerlərə (bu əsasən, bilək götürülür) baxırıq. Əgər damarlarınız sizə yaşıl tonda gəlirsə, demək siz isti dəri tonuna malik, mavi tonda gəlirsə, siz soyuq dəri tonuna maliksiniz. Yadınızda həmişə qalması üçün belə bir məntiqi açıqlama deyim ki, damarlarımız təbii olaraq qırmızıdır. Bəs nə üçün göy və yaşıl çalarlar hiss edirik? Çünki, işıq yansıması baş verir. Və damarlarımız göy çalarda görsənir. Əgər dərimizdə sarımtılıq varsa (bu isti tonlu xanımlara uyğundur) , o zaman damarımız yaşıl çalarda olur. Daha bir üsul isə, üzümüzü soyuq su ilə yuyuruq, ona görə ki, qan dolaşımımız sürətlənsin. Daha sonra üzümüzü zərif, tampon hərəkətlərlə silirik. Üzünüzü çox dərindən silməyin ki, qızartılar olmasın. Güzgünün önündə otururuq və üzümüzü ağ kağızla müqayisə edirik. Əgər bəyaz kağıza nəzərən üzünüz daha sarı-qırmızı çalardadısa, siz isti dəri alt tonuna, mavi -yaşıl çalardadırsa, soyuq alt tondasınız.
Onu da qeyd edim ki, isti dəri alt tonuna malik qadınlara qızılı tonlu aksesuarlar, soyuq dəri alt tonuna malik qadınlara gümüşü tonlu aksesuarlar yaraşır. Şərf seçimində dəriniz isti alt tondadırsa, sizin qırmızı, sarı, narıncı tonlar rənginizi açacaq, lakin yaşıl, mavi,bənövşəyi tonlar sizi boğacaq. Soyuq tonlu qadınlar üçün isə bu tərsinədir.
Hətta qarderobunuza nəzər salaraq siz bunu anlaya bilərsiniz. Qarderobunuzda sarı-qırmızı tonlar çoxdursa, isti tonlu, mavi-yaşıl tonlar çoxdursa soyuq tonlu kübar bir xanımsınız.
Sonda soyuq alt tonlu xanımlar mavi, gümüşü, çəhrayı, yaşıl, bənövşəyi rənglərdən , isti alt tonlu xanımlar qəhvəyi, sarı, qırmızı, narıncı, qızılı, koral, bej tonlardan istifadə etməlidir.
Bilirəm sizə heç neytral alt tonlu xanımlardan yazmadım. Bu xanımlar həm isti , həm də soyuq tonları özlərində birləşdirir. Belə xanımlar nadirən olur. Və deyəsən, alın da ,şalın da yaraşması bu xanımlara aid olunub :)

Yorumlar
Yorum Gönder