Pantene Pro-V canlı rəng şampunu


Axşam blogumda hal-hazırda istifadə etdiyim və razı qaldığım Pantene Pro-V canlı rəng şampunumdan yazmaq istərdim. Artıq bir aydan çoxdur ki, saçımda rəng açma işləmi olub və üzərinə tünd rəngli rəng qoyulub.Belə deyək, azacıq hiss olunan kölgələr  verilib. Və saçımı yuduqca , kölgələrin daha da önə çıxdığını hiss edirdim . Və bunu istəmirdim. Həmişəki kimi, əlim Pantene -ə getdi və çox razı qaldım. Belə deyim, mən şampundan çox şey gözləyən insan deyiləm. Yaxşı köpüklənib saçlarımı təmizləməyi bacarsın, xoş qoxusu olsun, saçlarımda yumşaq effekt yaratsın və mümkünsə, qoxu qalıcılığı ən azı iki gün davam etsin. Bunların hamısı şampunumda birləşib və hətta rəngin solmasının da  qarşısını alır. daha nə gözləyim?)))
Amma və lakin, soruşsanız ki, təkrar alacaqsan?
Mən ardıcıl  eyni şampun istifadə etməyi sevmirəm. Ona görə başqa seriyaya baxacam. Və fikirlərimi sizinlə bölüşəcəm. Amma dara düşdüyümdə ilk qaçacağım şampun bu olacaq.Onu  da qeyd edim ki, qiymət də çox münasibdir.
Siz dəyərli xanımlarım. Mənə maraqlıdır saçlarınızda hansı işləmləri həyata keçirmisiniz? Razı qalmısınızmı? Siz saç rənginizi hansı şampunlarla qoruyursunuz? Cavablarınzı səbrsizliklə gözləyəcəm.

Yorumlar

Bu blogdaki popüler yayınlar

Gündəlik makyaj rutini. Everyday makeup routine

Dəri tipləri

BB kremlər və fikirlərim