Fevral ayında sevdiyim dırnaq boyaları haqqında blog


Dəyərli qızlarım. Gününüz necə keçir? 
Mən nədənsə inanıram ki, hava günəşli olanda mən daha pozitiv oluram. Bu gün isə hava bir az tutqundur. Eyib etməz, sizinlə bir blog paylaşsam kefim lap yerinə düşər.
Əslində, bu ayın favoriləri adlı blog yazmaq istəyirdim. Sonra qərara aldım ki, hər favorimə blog yazsam və sizinlə uzunca paylaşımlar etsəm daha xoş olar mənə. Sizi bilmirəm , lakin mən bununla qidalanıram sanki...
Bu ay ən çox istifadə etdiyim sadə və hamının özününküləşdirə biləcəyi münasib qiymətli laklardır. 
Əvvəlcə, golden rose markasının ice cream seriyasından olan bu gözəl lak üçün söz tapa bilmirəm. Tək nazik qat sürdükdə  zərif görünüş verdiyi qədər, qatını artırdıqda cool görünüş son dərəcə xoşdur. Hər bir geyimlə , aksesuarla əla kombinə etmək olur. Bu ay dırnaqlarım bu laksız gününü keçirmədi:)
Digər laklar isə flormar look seriyasındandır. Şəkildə, göründüyü kimi, içərisində yaşıl və bənövşəyi simlər var. Mən simli lakları çox sevirəm. Tək qatda sadə, gündəlik istifadəyə çox uyğundur. Qatını artırmaqla isə və ya başqa bir lakla kombinlədikdə belə əla görünüş vəd edir. Mən çox bəyənirəm. Və ayın olmazsa olmaz dırnaq boyalarını sizinlə tanış etdim. Siz hansı dırnaq boyalarını bu ay əlinizdən düşürmədiniz?










Yorumlar

Bu blogdaki popüler yayınlar

Gündəlik makyaj rutini. Everyday makeup routine

Dəri tipləri

BB kremlər və fikirlərim