Cc kremlər haqqında bilmədiklərimiz nələrdir?
Sevimli izləyicilərim❤️ .Bu gün sizə təqdim edəcəyim blog tonal kremlər mövzusunun daha bir mövzusu olan CC kremlər haqqında olacaq. Düşünürəm ki, təbii olaraq çox dərin məlumatım olmasa da, bildiklərimi sizlərlə bölüşməliyəm. CC krem öncəliklə cild tonunuzun bərabərsizliyinin aparılmasını vəd edir. CC krem dərinizi qidalandırıb, qorumaqla yanaşı təbii bir parlaqlıq verər. Eləcə də, ardıcıl istifadə edildiyi zaman uzun müddətdə dərinizdəki ləkələrin görünüşünü azaldar. Zərif formulu ilə seçilən CC kremlər, yağlı və həssas dərilərin də rahatlıqla istifadə edə biləcəyi şəkildə fomülə edilib.
Məhsulun ideal cəhəti dəriyə nəmləndiriciliklə birlikdə xəfif bir örtücülük verər və sağlıqlı, təbii dərini əldə etməyinizə yardımçı olar. Nəmləndirmə özəlliyindən əlavə CC kremlərin günəşdən qorunma faktoru da mövcuddur. Tərkibində olan Q10 kiçik qırışların və gözənəklərin görünüşünü azaltmaq üçün də idealdır. CC kremlərin aydınlatıcı özəllikləri də danılmazdır. Bura qədərki yazdıqlarım CC kremlər haqqında bildiyim məlumatlardır. Məndən soruşmuş olsanız, mən CC krem istifadə etməmişəm. Bildiklərim yalnız eşitdiklərim, öyrəndiklərim qədərdir.
Bəs Q10 nədir?
Q10 və ya başqa adı ilə Koenzim Q10 bədənimizdə təbii olaraq var olan və əsas işi qidaların enerjiyə çevrilməsini təmin edən molekuldur. Eyni zamanda güclü bir antioksidant olaraq ürək, qaraciyər, böyrək hüceyrələrində olar. Bəzi qidalarda tapılan molekul laboratoriyada da alına bilir və bir çox məhsullara qatılır.
Q10 sərbəst radikalları neytral edərək hüceyrəni qoruyar və yaşlanmanın bədəndə yaratdığı fəsadları azaldar və eləcə də, qəlb xəstəlikləri və xərçəng xəstəliyinə qarşı bədəndə dirənç yaradar.
Mənim bildiklərim bu qədər. Mən bilmək istərdim siz hansı CC kremləri təcrübədən keçirmisiz. Fikirləriniz nə olub? Bəyəndiyiniz markalar hansılardır? Cavablarınızı gözləyəcəm. Həmişə sevgi dolu olmaq ümidilə...❤️

Yorumlar
Yorum Gönder