Kayıtlar

2017 tarihine ait yayınlar gösteriliyor
Resim
Oyunlarla araniz necedir?  Tez-tezmi oyunlar oynayirsiniz? Bes oynadiginiz oyunlarin sizin sonunuzu getireceyini desem inanarsinizmi?" Blue Whale" adinda bir oyun esitmisinizmi?  Rusiyada V Kontakte adli sosial sebekede "Blue Whale 🐳 " adli bir oyun oynanilir. Bu oyuna bir challenge da demek olar. Buraya blue whale etiketi atirlar ve gencler link alirlar. Linkde sizin butun komputer ozeliniz qarsi terefin eline kecir. Ve bununla da oyuna qatilmaga mecbur edilirsiniz. Oyun 130gencin heyatina son qoyub. Bir nece genc ise valideynlerinin anlamadim neticesinde son anda qurtulub. Oyunun sertleri gun boyu sadece qorxu filmi izlemek, gecenin 4unde qalxmaq, eline mavi balina cekmek kimi tapsiriqlara esaslanir. Sonda olumunuz teleb olunur. Bunu etmezseniz yaxinlarinizin olumu ile tehditlenirsiniz. Olen insanlarin sosial sebekede paylasdigi en son sekil mavi balina ve bu sondur yazisi olub. Polis bu olanlari arasdirmis ve oyunun yaradicisin tapmisdir. Oyunun yaradicisi...
Resim
Herkese salam✋🏻. Uzun muddetdir istifade edib, tecrube etdiyim tonal krem haqqinda fikirlerimi sizinle paylasmaq isteyirem. 🤔Men de musbet fikir yaradan terefleri ondan ibaretdir ki, ilk once xos iylidir. 🌰Uzerinde 16saat qaliciliq ved edilir. Bu qeder uzun muddet primerin desteyi ile qalir. 👍🏻Yungul tonal kremdir. Lakin miqdari artirmaqla ortuculuyu de artirmaq olur. Ortuculuyunu beyenirem. Mat deyil. Derini tebii olaraq isiltili gosterir. ✨Yaxsi yayilir. Uzerine bronzer ve enlik cekildikde yumsaq dagitmaq mumkundur. 🎶 Munasib qiymete memnun qala bileceyiniz tonal krem axtarirsinizsa bu sizin seciminiz ola biler 💜
Resim
Salam dostlar!✋🏻 Bugun sizinle bitirdiyim , mene gore son zamanlarin en gozel kitabi olan Metin Hara Askin Istilasi Yol kitabi haqqinda fikirlerimi paylasacam. Bu kitabi qisa muddete bitirdim. Ilk olaraq kitabda bilmediyim cox seyi oyrendim.  Menim meditasiyaya ve cakralara qarsi evvelden xususi maragim olmusdu. Bu kitaba aid kicik bir not defteri de tutmusam ki, ara-ara kitabi her defe oxuya bilmesem de kitabda oyrendiklerimi xatirlayim ya da kitaba yeniden donus ucun bir tekan olsun. Oncelikle, kitabda sevgi, cakralar, insan oglunun torpaqdan ne qeder uzaqlasdigi danisilir. Men ozumde heyvansal qidalari heyatimda nece tarazlayacagimi oyrendim. Kitabi baslayandan kofeinli ickileri tamamile heyatimdan cixardim ve bol su icmeye basladim. Kitabda sefa haqqinda danisilir. Eslinde, sefa haqqinda danisilir. Eslinde, sefa bizim zenn etdiyimiz kimi her seyin yaxsiliga getmesi deyil . Bezi  bedenler sefani olumde, bezi bedenler heyata davamda tapar. Mocuzevi Ki toplari haq...
Resim
Qəhvə ilə etdiyim 7 baxım hiyləsi. Təbiətin bizə verdiyi möcüzələr çox vaxt işimizə yarayar. Bu da bədənim üçün etdiyim bir-birindən fərqli qulluq hiylələri... 1. Saç tökülməsi. 🤦🏻‍♀️2yemək qaşığı qəhvə tozunu 3yemək qaşığı zeytun yağı ilə qarışdırın. Saçlarınızı nəmləndirmək üçün qarışığı saçınızın dibində masaj etdirin. Saçınızı bu şəkildə bağlayın və 30dəqiqə gözləyin. Saçlarınızı daha sonra şampunla durulayın. Həftədə 1 və ya 2 dəfə edə bilərsiniz. Toplamda 12dəfə istifadə edildikdən sonra fərq daha gözə çarpan olur. 2. Gözaltı şişləri. 🤦🏻‍♀️1 çay qaşığı qəhvə tozunu 1 çay qaşığı kakos yağı 1 qədər istiot və bir neçə damla su ilə qarışdırıram. Bu qarışımı göz qabaqlarınız altına tətbiq edin. Bu qarışıq dərinizdə quruduqdan sonra dərinizi ilıq su ilə yuyun. Göz altında olan tündləşmədən və gözaltı şişliklərdən qurtulduğunuzu hiss edəcəksiniz. 3. Dodaqlar. 👄1çay qaşığı qəhvə tozu ilə bir çay qaşığı balı qarışdırın. Alınan qarışığı dodaqlarıma 30 saniyə ərzində masaj edərək...
Resim
Son zamanlarda ən çox danışılan Fi və Duru... Son zamanlarda çoxumuzun izlədiyi Fi serialı... Tv izləməyən və serialları  vaxt itkisi kimi qəbul edən biriyəm. Amma soruşsalar hansı kinoda nə olub hamısını bilirəm. )) Çünki, fragmanları qarşıma çıxır və keçən bölümdə nə baş verdiyini təxmin edirəm. Beləcə guya hər şeydən xəbərim var kimi yaşayıram. Evimizdə tv ya xəbərlər zamanı ya evə qonaq gələndə, oğlumun cizgi filmlərinə baxmaq istədiyi vaxtlarda yanar. Amma filmlərlə aram çox yaxşıdı. İndi siz düşünün belə bir adamın serialdan gözlədikləri nə qədər böyükdür. Və mənim bütün gözləntilərimi qarşılayır. əsas da budur.... Durumun baş rolundan danışsaq , Serenayı əvvəlki seriallardan da sevib bəyənərdim. Seriallarda bütün qəhrəmanlar öz rolunu mükəmməl oynayır. Duru bir balerindir və geyimi, makiyajı öz dəri tonuna o qədər uyğun seçilir ki, bütöv bir bütünləşmə yaranır. Serialda Duru üçün  pink, qızılı, boz, bəyaz kimi açıq tonlu geyimlərdən istifadə olunur. Durum...
Resim
Nivea BB krem Gözəl yaz günündən hamınıza salamlar.✋🏻 Bugün yazmaq istədiyim, amma tərəddüd etdiyim, daha çox işlədib əmin olmaq istədiyim krem haqqında fikirlərimi sizə çatdırmaq istəyirəm. İlk öncə, kremin bizə nə vəd etdiyinə nəzər salaq. Kremin üzərində yazıldığına görə : 👠Dəridə olan ton uyğunsuzluğunun qarşısını alır. 👠Dərini nəmləndirir. 👠Örtücülük verir. 👠 Minerallar, B5 vitamini və SPF15 tərkibində var. 👠 Dərini qoruyur. 👠 Dəriyə  aydınlıq effekti verir. 🌸Mən fikirlərimi sizə deyim. İlk öncə, kremi çəkərkən spesifik nivea qoxusu və krem iyi qanqaraldıcı olur, çünki, düşünürsən heç bir nəticə olmayacaq. Amma belə deyil. BB kremdə mənə lazım olan aydınlatma və örtücülük effektini verir. Nəzərə alsaq ki, qarşıdan yay gəlir. Bu məhsulu əldə etməyim mənim üçün bir avantajdır. Əgər sizin də çox problemli dəriniz yoxdursa və tonal kremlər artıq sizə ağır təsir bağışlayırsa, o zaman bu kremə şans verməyə dəyər məncə. BB kremlər haqqında daha ətraflı məlumat üçü...

Ət yeməklərindən qaçan övladımıza çıxış yolu🍖🍗

Resim
Salam əziz analar. Bu gün sizinlə ət yeməklərindən qaçan övladımıza çıxış yolu adlı mövzu paylaşacam. Ümid edirəm yararlı olar. Bəzi uşaqlar valideynlərinin vegetarian olmamasına baxmayaraq, heyvani qidalara qarşı həssasdırlar və bəzən hər cür əti rədd edirlər. Əgər uşaq vegetarian pəhrizi kimi qidalanırsa və bu zaman müqaviməti zəifləyirsə, onun enerji, qida elementi ehtiyaclarını təmin etmək vacibdir. Məktəb əvvəli dövr ərzində böyümə və inkişaf çox sürətli olduğu üçün uşaqların qidalanması nizamlanmalıdır. Məktəb yaşı çatmayan bəzi uşaqlar körpəlikdən heyvani qidalardan imtina edirlər. Onlara adətən vegetarian uşaqlar deyilir. Vegetarian uşaqlarda kalsium, dəmir, B12 vitamini və zülala ehtiyac daha çox olur: “Ət yeyilməməsi süd və süd məhsulları, yumurta yeməyin əhəmiyyətini daha da artırır. Yumurta, süd məhsulları, quru paxlalılar və yağlı toxumlarla qidalanmanı dəstəkləməli, liflə zəngin olmayan qidalanma proqramı tərtib etməlisiniz. Vegetarian uşaqlarda pəhrizli qidalanma lif...
Resim
Bu gündən Azərbaycanda ilk dəfə olaraq Bakı Ticarət Festivalı ( Şopinq Festivalı) keçiriləcək.  Festival Prezident İlham Əliyevin 2016-cı il sentyabrın 1-də imzaladığı "Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında" sərəncama uyğun olaraq keçirilir. Ticarət festivallarının keçirilməsində məqsəd Azərbaycanın turizm və iqtisadi potensialının yüksəldilməsi, sahibkarlıq fəaliyyətinin təşviq edilməsi ilə ölkənin ticarət dövriyyəsinin artırılmasının stimullaşdırılmasıdır. Festival zamanı ilk dəfə olaraq Azərbaycan vətəndaşlarına da "tax free" sistemi tətbiq ediləcək. ƏDV qaytarılması sisteminə qoşulmuş obyektlərin üzərində xüsusi “Baku Shopping Festival – Tax Free” stikeri yerləşdiriləcək. Yalnız həmin nişan olan obyektlərdən mal alan Azərbaycan vətəndaşlarına ƏDV qaytarılacaq. ƏDV-ni 5 bankın - Kapital Bank, PASHA Bank, Yapi Kredi Bank Azerbaijan, Bank Silk Way və Azərbaycan Sənaye Bankının filiallarında geri almaq mümkün olacaq. ...

Sevgi ötürmə zamanı 2❤️

Resim
 Gözəl analar. Yadınızdadırsa, bir neçə gün öncə, sizinlə anaların uşaqlarına oyun vaxtı ayırdığında hansı oyunlar oynaya biləcəyi haqqında fikirlər vermişdim və #sevgioturmezamani hastagiyla paylaşmışdım. Bu yazım da həmin seriyadan olan yazıların davamıdır. 1. Fərqli  yerlərə əl və ayaqlar ilə toxunma.  (məs:ilıq su, soyuq  su, pambıq, sərt əşyalar, qum)  Bu kimi fərqli hisslər övladınızın inkişafına müsbət təsir göstərəcəkdir. Övladınızın ətrafını kəşf etməyinə ən böyük köməkçilərdəndir. Evdə yalınayaq gəzmə demək olar bütün uşaqların ən sevdiyi məşğuliyyətdir. 2. Geyimlərinin içinə gizlənib əşyaları tapma oyunları oynama. Bu oyunda övladınıza maraqlı olmağı üçün onun tapa biləcəyi əşyalarla başlayıb, daha tapılması çətinləşən əşyalara qədər səviyyələri artıra bilərsiniz. Bu kimi oyunlar körpənizin dil və beyin inkişafını dəstəkləyəcək. 3. Üstlərinə atılan tül, dəsmal kimi şeylərin altından çıxmağa çalışma. Bu kimi oyunlar isə övladınızın zövq gücünü art...

Sevgi ötürmə zamanı ❤️

Resim
Əziz xanımlarım aranızda  artıq övladıyla hansı oyunlar oynamağın daha çalışqan bir beyin ortaya qoyduğunu bilmək istəyən analarımız varsa , o zaman qısa paylaşdığım bu postları özünüzdə qeyd edə, uşaqlarınızla təcrübə apara bilərsiniz.  Burda olan oyunların hamısını övladınız sevməyə bilər, bundan təlaşlanmayın. Axı övladımız bir şəxsiyyətdir və onun qərarları var. O zaman övladımızın qərarlarına indidən hörmət etməyə başlayaq və balaca pişiyimiz və ya pişiklərimizlə gözəl zaman keçirdək, onlara sevməyi öyrədək. 1. ☂️Kiçik pilates topuyla yumşaq yerlərdə oyunlar oynayaq 2. ☂️Uzun parçaların içərisinə qoyub sallayaq 3. ☂️Yatağın üzərində hopladaq 4. ☂️Öz ətrafında və sizin ətrafınızda dönməsinə izin verək 5. ☂️Üzüstü vəziyyətdə qarnının altında yumuşaq bir top olarkən, pisik kimi durub oyunlar oynamasına qoşulaq 6. ☂️Titrəyən oyuncaqlarla oyunların zövqünə dalaq 7. ☂️Zeytinyağı və ya  körpə yağı ilə bütün bədəninə xəfifcə basaraq masajlar edək Ardını yenidən pay...

Bitirdiklərim❤️

Resim
Salam əziz xanımlarım. Bugünkü postum bitirdiklərim haqqında olacaq. Bitirdiklərim haqqında fikirlərimi, yenidən alarammı, nə dərəcədə razıyam bu haqda sizinlə düşüncələrimi paylaşacam. 🎈İlk olaraq danışmaq istədiyim gündəlik həyatın bir parçası olan qolaltı məhsul haqqındadır. Əvvəlki yazımda qeyd etdiyim kimi bu kimi məhsullarda sprey olanları sevirəm. Və Rexona Sexy Bouquet olmasının səbəbi spreyşəkilli olması idi. Qoxusunu çox bəyəndim, şirin bir qoxusu var. Üzərində 48saat qoruyuculuq yazılıb. Belə böyük gözləntim yoxdur, bu qədər uzun müddət də olduğun düşünmürəm. Qeyd edim ki, buna oxşuyan başqa bir növü də var, o səhv etmirəmsə, daha tünd çalardadır. Yenidən qarşıma çıxsa alaram. Razı qaldım. Məncə öz işin görür. 🎈Fonex Argan Oil İlk dəfədi istifadə edirdim. Gözəl qoxusu var. Ekstra nəmləndiriliyi yoxdur. Belə məhsulları sevirəm. Tez bitdiyini düşünürəm. Son aylarda, duxu vuracağım yerləri əvvəlcədən bu məhsulla ovalayırdım. Özünü spesifik iyi və yağ olması mənə elə gəli...

Bu ayın sevilənləri😍

Resim
İlk öncə, böyüklərdən başlayaq. 👒Əvvəlki yazılarımın birində Pantene Pro -V şampununu sevdiyimi və işimə yaradağını vurğulamışdım. Lakin, mən eyni şampunu ardıcıl istifadə edə bilmədiyimdən bu ay yeni bir şampuna şans verdim-Head&sholders . Normal saçlar üçün kəpək əleyhine gözəl qoxulu şampundur. Kəpək problemim olmadığına görə, bir az uyğunlaşmadıq deyə bilərəm. Bəyənirəm👍🏻 👒Yves Rocher Naturelle parfumed gel Gözəl bitki qoxulu gel ürəyimcədir. Tez-tez istifadə edirəm. Lakin, çox duş gelində olduğu kimi parfumunun qalmaması halı normaldır. Bəyənirəm, yenidən alaram.👍🏻 👒Nivea cüt sulu göz təmizləyicisi Bu təmizləyici haqqında əvvəlki yazımda məlumatlar var, yararlana bilərsiniz. Gündəlik istifadə etməsəm də, zaman-zaman istifadə edirəm. Razıyam. 👒Hilfiger Bu duş geli ilə duxini birləşdirib yazmaq istədim. Çünki, elə cüt də satılırdı🙈. Duxu möhtəşəmdir. Əsl yaz qoxusudur. Görünüşü də çox valehedicidi. Mən söz tapa bilmirəm. Çox bəyənirəm . Eləcə də, duş geli....

Əşyalardan yemək qoxusunu azaltmaq

Resim
Resim
Sirkə ilə nələr edilə bilər? Bugün sizinlə əslində hamımızın evində olan amma sadəcə yeməklərdə istifadə etdiyimiz bir məhsuldan danışacam. Bəhs edəcəyim məhsul hamımızın bildiyi sirkədir ya da bilmədiyimiz sirkədir. Ağ sirkədən danışacam. Ağ sirkə alma və üzüm sirkələrinə görə daha qoxusu xəfif və daha açıq rənglidir. Mən bu sirkəni yemək xaricində istifadəsini məsləhət görərdim.  İlk bəhs edəcəyim şey ayaqqabı təmizliyidir. Dəri ayaqqabılarımız qarda, yağışda, tozlu yollarda çirklənir, rəngi matlaşır. Sirkəli bir su ilə ayaqqabılarınızı təmizlərsəniz nə qədər parlaqlaşacağına inanmayacaqsınız. Yəni, bir ayaqqabı boyası almağınıza gərək yoxdur. Sadəcə sirkəli bir su ilə bu probleminizə həll tapa bilərsiniz. İkinci istifadəsi lazım olan yer mətbəxdir. Mətbəxdə ağlınıza gələcək mətbəx məhsullarını təmizləmək üçün sirkədən istifadə edə bilərsiniz.  Ərp tutmuş hər yeri təmizləmək mümkündür. Yalnız👆🏻 2dəfə durulamağı və sirkə iyindən qurtulmağı unutmayın. Sirkəni xalçalar...

Fashinista

Resim
Bu gün bu qadını kəşf etdim və isti-isti sizinlə də, paylaşmaq istədim. Xanım bir fashinistadı. Amma onu daha çox cəlb edən cəhəti qlamur nənənin gənc görünüşüdür. İki nəvəsi və 47 yaşlı  Zaklina  zərif geyimləri ilə tanınır və çoxlu snaplər paylaşır. Onun əsas məqsədi qadınların vəhşi tərəfini oyadaraq, onlara ilham verməkdir. Qadının səhifəsinə daxil olanda hamımızın fikirləşdiyi bir şey var. Bu yalnız əməliyyatın nəticəsidir. Mən razıyam  bu belədir. Lakin,  gəlin razılaşaq ki, onun illuziyası maraqlıdır. Düşünürəm ki, bu cür qlamur qadınlar zövqünüzə, gözünüzə və motivasiyanıza xoş təsir edər. Zalinkanın instagram səhifəsi izləmək istəyənlər üçün: @realfashionist #grandmotherthatlovefashion

Yeməkdən sonra edilməməsi lazım olanlar

Resim
Sabah səhər yeməyi arxasından günorta yeməyi və gün sonuna qarşı axşam yeməyi.Çox vaxt eyni zamanlarda yemək yeyər və bunu təkrarlayarıq. Yemək yedikdən sonra bədəninizin daha az yorulması, sağlıqlı qalması üçün bəzi gərəkli şeylər vardır. Bunlar bəzi problemlərin qarşısın aldığı kimi eyni zamanda sizləri rahatladacaq gərəkli məsləhətlərdir. Duş almaq Yemək yeyib arxasıyca duşa girmək bədəniniz üçün uyğun məşguliyyət deyil. Çünki , duşa girdiyimiz vaxt bədənimizin istiliyi yüksələr, bədənimiz də bu istiliyə qarşı dərimizə dəyərindən daha çox qan göndərər. Mədəmiz dolu olduğu üçün də bu bizim metobolizmamızın yavaşlamasına səbəb olacaqdır. Bunun nəticəsində həzmetmə pozula bilər. Alimlərə görə, yemək yedikdən 30 dəqiqə sonra duşa girmək olar. Çay içmək Yemək yeyib üstünə bir stəkan çay içmək ümumiyyətlə çox insanın etdiyi doğru olmayan vərdişdir. Amma edilən araşdırmalara görə bu vərdişi tərgitmək lazımdır. Zərərsiz olan çayın yeməkdən sonra içilməsi bədənimizin ehtiyacı o...

Fitness Nestle

Resim
Mənim bu cür atışdırıcı məhsullar xoşuma gəlir və tez-tez işdahımı çəkirdi. Lakin sağlıqlı olmayan və işdah küsdürən bu məhsullar bir müddətdən sonra sual mərkəzində olurdu. Bu batonları təzə kəşf etmişəm. Hələki sağlıqlı kimi görünür və bu cür məhsullara olan tələbatımı ödüyür. Dadını bildiyim və bilmədiyim çox növü var. Bəyənmədiyim növü olmayıb , ən çox şokoladlısı ürəyimcə olub. Tərkibində nələrin olduğu kağızının üzərində qeyd olunub. Düşünürəm ki, siz də belə məhsullar axtarışındasınızsa, sizə də bir fikir olar.

Həyatımızı çətinləşdirən 6 olmaması lazımlı alışqanlıqlarımız.

Hər gün etdiyimiz və ziyanlı olduğunu bildiyimiz alışqanlıq mütləq ki, vardır. Bu davranışlarımızın nəticələrini bilsək də, bunları etməyi dayandırmırıq. İstərsəniz alışqanlıq deyin, istərsəniz vecsizlik. Daha keyfiyyətli həyat üçün bəzi gərəkli məsləhətlər. 1. Oturmaq Təbii ki, həyatımızda  oturmadan yaşamağımız imkansız. Qeyd edim ki, nə qədər çox və yalnış otursaq, bədənimiz o qədər çox zərər görər. Təəssüf olsun ki, hamımızın sevdiyi saatlarca komputerdə oturmaq, oyun oynamaq, bizlərə çox zərərlidir. Bunu əlbəttə bizə valideynlərimiz söyləsə də qulaq asmadığımız danılmazdır. Çox oturmaq ürək xəstəlikləri, bel-boyun ağrıları kimi narahatedici hadisələrin ortaya çıxmağına səbəb olar. Çox oturmağımız lazımdırsa, o zaman həkimlərin söylədiyi kimi çox hərəkət etməyə çalışmalısınız. 2. Alarm söndürmək. Alarm söndürməyin olduqca möhtəşəm icad olduğunu düşünə bilərsiniz, amma hər səhər etdiyimiz bu işin bizə əslində yetərincə çox zərəri vardır. İlk çalan alarmı söndürüb, ikinci də...

Cc kremlər haqqında bilmədiklərimiz nələrdir?

Sevimli izləyicilərim❤️ .Bu gün sizə təqdim edəcəyim blog tonal kremlər mövzusunun daha bir mövzusu olan CC kremlər haqqında olacaq. Düşünürəm ki,  təbii olaraq çox dərin məlumatım  olmasa da, bildiklərimi sizlərlə bölüşməliyəm. CC krem öncəliklə cild tonunuzun bərabərsizliyinin aparılmasını vəd edir. CC krem dərinizi qidalandırıb, qorumaqla yanaşı təbii bir parlaqlıq verər. Eləcə də, ardıcıl istifadə edildiyi zaman uzun müddətdə dərinizdəki ləkələrin görünüşünü azaldar. Zərif formulu ilə seçilən CC kremlər, yağlı və həssas dərilərin də rahatlıqla istifadə edə biləcəyi şəkildə fomülə edilib. Məhsulun ideal cəhəti dəriyə nəmləndiriciliklə birlikdə xəfif bir örtücülük verər və sağlıqlı, təbii dərini əldə etməyinizə yardımçı olar. Nəmləndirmə özəlliyindən əlavə CC kremlərin günəşdən qorunma faktoru da mövcuddur. Tərkibində olan Q10 kiçik qırışların və gözənəklərin görünüşünü azaltmaq üçün də idealdır. CC kremlərin aydınlatıcı özəllikləri də danılmazdır. Bura qədərki yazdıqlarım ...

Fevral ayında bəyəndiyim kinolar ❤️

Gecəniz xeyir olsun, dəyərli izləyicilərim❤️ . Bu ay bəyəndiyim filmlər siyahısı çoxdur. Ən gözəl film isə преисподняя (brimstone) ... Kinonun sonuna qədər gərginlikdə olacaqsınız. Qiyməti məncə, 10üzərindən 10 olmalı idi. Lakin, 9 u keçməmişdir hətta🤔. Bəyənəcəyinizi qaranti edirəm. :) Filmdən çox yazıb marağını qaçırmaq istəmirəm. Amma sizdə fikir yaratmaq da zərurətdir. Film bir qadının həyatını məhv edən rahibdən, qadının çəkdiyi acılardan,  rahibin qadının xoşbəxt ailəsini necə fəlakətə uğratdığından lentə alınıb. Film bölmələrlədir və birinci bölmədən sonra ikinci bölmədə bir az qarışıqlıq yarandı məndə kim kimin qızıdı və s. Sizdə yaranmasın. Kinonun gedişatında hər şey anlaşılacaq. Mən filmə baxarkən, bu qadın bunlara necə dözür deyə çox sorğuladım. Və filmin sonunda cavabımı aldım. Uzun müddət yadımdan çıxarda bilməyəcəyim bir film olacaq və sevimlilər listimə sahiblik edəcək. Filmə baxmısınızsa, mənə fikirlərinizi bildirsəniz məmnun olaram. Mən filmə rus-dilində baxm...

Fevral ayında sevdiyim dırnaq boyaları haqqında blog

Resim
Dəyərli qızlarım. Gününüz necə keçir?  Mən nədənsə inanıram ki, hava günəşli olanda mən daha pozitiv oluram. Bu gün isə hava bir az tutqundur. Eyib etməz, sizinlə bir blog paylaşsam kefim lap yerinə düşər. Əslində, bu ayın favoriləri adlı blog yazmaq istəyirdim. Sonra qərara aldım ki, hər favorimə blog yazsam və sizinlə uzunca paylaşımlar etsəm daha xoş olar mənə. Sizi bilmirəm , lakin mən bununla qidalanıram sanki... Bu ay ən çox istifadə etdiyim sadə və hamının özününküləşdirə biləcəyi münasib qiymətli laklardır.  Əvvəlcə, golden rose markasının ice cream seriyasından olan bu gözəl lak üçün söz tapa bilmirəm. Tək nazik qat sürdükdə  zərif görünüş verdiyi qədər, qatını artırdıqda cool görünüş son dərəcə xoşdur. Hər bir geyimlə , aksesuarla əla kombinə etmək olur. Bu ay dırnaqlarım bu laksız gününü keçirmədi:) Digər laklar isə flormar look seriyasındandır. Şəkildə, göründüyü kimi, içərisində yaşıl və bənövşəyi simlər var. Mən simli lakları çox sevirəm. Tək ...

Pantene Pro-V canlı rəng şampunu

Resim
Axşam blogumda hal-hazırda istifadə etdiyim və razı qaldığım Pantene Pro-V canlı rəng şampunumdan yazmaq istərdim. Artıq bir aydan çoxdur ki, saçımda rəng açma işləmi olub və üzərinə tünd rəngli rəng qoyulub.Belə deyək, azacıq hiss olunan kölgələr  verilib. Və saçımı yuduqca , kölgələrin daha da önə çıxdığını hiss edirdim . Və bunu istəmirdim. Həmişəki kimi, əlim Pantene -ə getdi və çox razı qaldım. Belə deyim, mən şampundan çox şey gözləyən insan deyiləm. Yaxşı köpüklənib saçlarımı təmizləməyi bacarsın, xoş qoxusu olsun, saçlarımda yumşaq effekt yaratsın və mümkünsə, qoxu qalıcılığı ən azı iki gün davam etsin. Bunların hamısı şampunumda birləşib və hətta rəngin solmasının da  qarşısını alır. daha nə gözləyim?))) Amma və lakin, soruşsanız ki, təkrar alacaqsan? Mən ardıcıl  eyni şampun istifadə etməyi sevmirəm. Ona görə başqa seriyaya baxacam. Və fikirlərimi sizinlə bölüşəcəm. Amma dara düşdüyümdə ilk qaçacağım şampun bu olacaq.Onu  da qeyd edim ki, qiymət də ço...

Şokoladlı qarğıdalı partlaması

Resim
Qarğıdalı partlamasını (pop-cornu) sevməyən yoxdur deyə düşünürəm. Şirin və duzlu olması ayrı bir mövzudur və zövqə görə dəyişər. Bir təsəvvür edin, buna əlavə olaraq  şokoladlı qarğıdalı partlaması... Buna möcüzədən başqa nə ad vermək olar? Gəlin o zaman bu möcüzəni yaratmağa başlayaq. Lazım olacaqlar; 2 yemək qaşığı duru yağ 1↗3 stəkan qarğıdalı 1↗2 stəkan pilitka şokolad 1↗4 çay qaşığı duz Bəlkə, aramızda pop-corn edə bilməyənlər var. Heç narahat olmayın. Onu da deyəcəm. Demək, pop-corn üçün lazım olan tavamızı götürürürük və duru yağ əlavə edirik. Duru yağ qızanda qarğıdalılarımızı əlavə edirik. Qarğıdalıların rəngi dəyişəndə duzu tökürük və qapağını bağlayırıq. Tavanı tez-tez silkələyirik ki, qarğıdalılar yaxşı partlasın. Kənarda isə şokoladımzı əridirik. necə əridirik?:) qaynayan qazanın üstünə boşqabda şokoladınızı qoyun. Şəkildə olduğu kimi..  Qarğıdalılar hazır olduqda şokoladı gözəlcə üzərindən keçiririk və soyuducuya soyumağa qoyuruq. Türklər demiş ...

BB kremlər və fikirlərim

Resim
Dəyərli xaımlarım gecəniz xeyir olsun. Tonal kremlər blogunun bir hissəni BB kremlər və fikirlərim blogunu sizinlə bugün paylaşacam. BB kremləri istehsal etməkdə əsas məqsəd nə olub? BB kremlər Almaniyada istehsal edilib. Cərrahi əməliyyatlar keçirən xəstələrin dərinlərini daha tez sağaltmaq və qüsurlarını örtmək məqsədilə  təklif edilib. Onu da qeyd edim ki,  BB kremlərin ən yaxşısı Koeya markalarına ümumiyyətlə Asiya markalarına aiddir.  Bəs BB kremlər nə iş görər? Dəri tonunuzu eyniləşdirər. Spf tərkibli olub günəşin ziyanlı şüalarından qoruyar. Dərilərin həssaslığının qarşısını alar. Dərini yenilər. Qüsurları örtər. Nəmləndirər.                                                                                                ...